Kvant optikası — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kvant optikası (ing. Quantum optics) — işığın kvant xassələriylə bağlı olan hadisələri öyrənir, optikanın bölmələrindən biridir. Fotoelektrik effekt, Kompton effekti, Fotokimya, Məcburi şüalanma və başqa hallar belə hadisələrə aiddir.
Klassik optikaya nəzərən kvant optikası daha çox ümumi nəzəriyyədir. Kvant optikasının yanaşdığı əsas problem – təbiətdə işığın maddə ilə qarşılıqlı əlaqəsidir, həmçinin spesifik şəraitdə işığın yayılma təsviridir. Bu vəzifələri həyata keçirmək üçün həm maddəni (vakum və ya adi halda), həm də kvant mövqeyi ilə olan işığı təsvir etmək lazımdır. Belə ki, daha çox sadə hallardan istifadə edirlər: komponent sistemlərdən birini (işıq və ya maddə) klassik obyekt kimi təsvir edirlər. Məsələn, lazer mühitlə bağlı tez-tez hesablamalar zamanı rezonatoru klassik sayırlar və yalnız aktiv mühitin vəziyyətini kvantlayırlar.