Kvestor — Vikipediya

Qədim Roma tarixi

lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq

Kvestor (lat. quaestor < quaerere — hərfi "soruşmaq", "araşdırmaq") — Qədim Romada magistrat ordinarlarından biri. İlk olaraq heçbir xüsusi xüsusi səlahiyyətə malik olmayan konsulun ümumi köməkçisi kimi, fəaliyyət göstərən kvestor vəzifəsi, sonralar komisiya tribununa seçilməyə başladıqdan sonra iki sahə: cinayət mühakiməsi hüququ və dövlət xəzinəsi və dəftərxanası idarəçiliyi üzrə ixtisaslaşaraq səlahiyyətləri artmağa başlamışdır. Lakin cinayət mühakiməsi hüququna rəhbərlik konsulun səlahiyyətlərinə daxil olduğu üçün kvestor ibtidai müayinə və sorğunu aparırdı (lat. quaestores parricidii). Roma Respublikası dövrünün ortalarında cinayət mühakiməsi hüququna rəhbərlik xalq yığıncağının əlində olduğu üçün kvestor səlahiyyəti bu imkanlardan məhrum olmuş olur, ancaq xəzinə və dəftərxana idarəçiliyi ilə məhdudlaşır. Onların vəzifəsi xəzinədarlıq (lat. pecuniam publicam custodire), gəlir-çıxar dəftərinin aparılmasından (lat. rationes referre) ibarət olur. Sonralar dövlət arxivlərinin mühafizəçisi olduqlarına görə magistrların qanuna sədaqət andları kvestorların önündə içilirdi. İlkin olaraq iki kvestor olduğu halda e.ə. 421-ci ildən onların sayı dördə, e. ə. 82-ci ildən iyirmiyə, Yuli Sezarın zamanında bürokratik üssulların inkişaf etməsilə əlaqədar qırxa çatmşdır.