Lüdmila Rudenko — Vikipediya
Lüdmila Rudenko | |
---|---|
rus. Людми́ла Влади́мировна Руде́нко | |
Ölkə | SSRİ |
Doğum tarixi | |
Doğum yeri | Poltava (hal-hazırda Ukraynanın ərazisidir), SSRİ |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Leninqrad, SSRİ |
Titulu | Beynəlxalq Usta |
Dünya çempionluğu | 1950-53 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Lüdmila Rudenko (rus. Людми́ла Влади́мировна Руде́нко; 27 iyul 1904[1] – 4 mart 1986[2], Leninqrad) — SSRİ şahmatçısı və qadınlar arasında 1950-ci ildən 1953-cü ilə qədər şahmat üzrə dünya çempionu.
Həyatı və dünya çempionluğu
[redaktə | mənbəni redaktə et]Lüdmila Rudenko 1904-cü il iyunun 27-də anadan olmuşdur. Şahmatla 10 yaşından məşğul olmağa başlamışdır. İlk dəfə 1926-cı ildə "Komsomolskaya pravda" qəzetinin təşkil etdiyi turnirdə çıxış etmiş və sonuncu yerlərdən birini tutmuşdur. Lakin iki il sonra Moskva çempionatında bütün görüşlərdə qalib gələrək, çempion adını qazanmışdır.
Leninqrada köçdükdən sonra onun qələbələr seriyası bir-birini əvəz edir. O 9 dəfə Leninqrad şəhər çempionu adını əldə edir. Müharibədən sonra Rudenko yenidən şahmatla ciddi məşğul olmağa başlayır. 1950-ci ildə keçirilən yarışlarda uğurla çıxış edərək, dünya çempionu adını qazanır. İki il sonra isə yenidən SSRİ çempionu olur.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Hosch W. L. Ludmilla Vladimirovna Rudenko // Encyclopædia Britannica (ing.).
- ↑ Hosch W. L., Bell A. Ludmilla Vladimirovna Rudenko // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
- ↑ Azər Zeynallı, Pərviz Əliyev, şahmat aləminə səyahət, səh. 91 Bakı 1986.