Lüdviq Knit — Vikipediya

Lüdviq Knit
alm. Ludwig Knit
Doğum adı Lüdviq Franseviç Knit
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi
Milliyyəti alman
Fəaliyyəti rəssam
Kapitan Qrantın uşaqları kitabının cildi, 1930. Müəllif: Lüdviq Knit

Lüdviq Franseviç Knit — Azərbaycanlı rəssam, miniatürçü.

1891-ci ildə Bakıda anadan olmuşdur. İran miniatürü sahəsində ekspert idi. Kommunist simvolikasını yerli Azərbaycan incəsənət üslubu ilə birləşdirərək incənəsənət tarixinə özünə önəmli yerlərdən birini tutmuşdur. Azərbaycandakı ilk ekslibris 1934-cü ildə hazırlanmış və 1922-1928-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarı olan Mustafa Quliyevə məxsus ekslibris sayılır. Bu ekslibrisin müəllifi Lüdviq Knit idi.[1] "Искусство" (İncəsənət), "Molla Nəsrəddin", "Qızıl Qələm" jurnallarında işləmiş, "Kommunist", "Bakinski raboçi" qəzetlərində fəaliyyət göstərmişdi.[2] 2012-ci ildə Azərbaycan Tarix Muzeyində kollektiv sərgisi baş tutmuşdu.[3]

Azərbaycanın ilk ekslibrisi - Azərbaycan SSR Xalq Maarif Komissarı Mustafa Quliyevə məxsus ekslibris - 1934. Müəllif: Lüdviq Knit
Orta əsr Şamaxı bazarı. 1930-cu illər. Azərbaycan Tarix Muzeyində saxlanılır.
İbrahim xan Əfşarın rəhbərlik etdiyi ordunun Car-Balakən camaatlığı tərəfindən məğlub edilməsi (1738). Azərbaycan Tarix Muzeyində saxlanılır.
  • Müsəlman fəhlə (1920-ci illər)
  • Azərbaycan fəhləsi varlını həbs edir (1920-ci illər)
  • İnqilabçı əsgər şərqə tələsir (1920-ci illər)
  • RSFSR (1920-ci illər)

Kitab illüstrasiyaları

[redaktə | mənbəni redaktə et]
  • M.F.Axundov - Aldanmış kəvakib (1926)
  • Puşkin - Balıqçı və balığın nağılı (1927)
  • Orta məktəb kitabçaları (1920-1930cu illər)

Xalça eskizləri

[redaktə | mənbəni redaktə et]
  • Neft (1939)
  • Pambıq (1939)

Digər əsərləri

[redaktə | mənbəni redaktə et]
  • X əsrdə İranda sosial vəziyyət (Qəznəvilərdə sosial təbəqələr), quaş, 1934
  • Nadir şahın 1743-cü ildə Dağıstandan və Şimali Azərbaycandan çəkilməsi, quaş, 1938
  • Şəki xanlığında bayramlığın yığılması, quaş, 1938
  • XVIII əsrdə Şamaxıda meydan, yağlı boya, 1939
  • XVIII əsrdə Dağlıq Qarabağda yaylağa enmək, yağlı boya, 1940
  1. "Григорий Кизелъ - К истории азербайджанского экслибриса". 2018-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.
  2. İ.M.Miklaşevskaya - Sovet Azərbaycanında sosialist realizmi incəsənətinin yaranması və formalaşması (1920-1945), Bakı, 1974, səh 141
  3. "Milli Azərbaycan Tarixi Muzeyinin 2012-ci ildə gördüyü elmi-ekspozisiya, elmi tədqiqat, elmi-kütləvi və fond işlərinin Hesabatı". 2015-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.