Lənkəran Dövlət Universiteti — Vikipediya

Lənkəran Dövlət Universiteti
LDU
Əsası qoyulub 25 sentyabr 1991-ci il
Tip Dövlət
Rektor Natiq İbrahimov
Tələbə sayı 8500 nəfər
Şəhər Lənkəran
Ölkə
Ünvan General Həzi Aslanov xiyabanı - 50
Sayt lsu.edu.az/index_en.html

Lənkəran Dövlət Universiteti və ya qısaca LDUAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli 319 saylı qərarı ilə Bakı Dövlət Universitetinin Lənkəran filialı kimi açılmış, Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli 403 saylı sərancamı ilə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının ilk Dövlət statuslu ali məktəbi kimi fəaliyyətə başlamışdır.

Azərbaycanımızın cənub bölgəsində bu yeni ali məktəbin fəaliyyətə başlaması gənc dövlətin ictimai, mədənielmi həyatında böyük rezonans doğurmuş, bölgənin mədəni-siyasi, elmi həyatında alimlərin, ziyalıların və ali məktəb tələbələrinin fəal iştirakına şərait yaratmaqla yeni ictimai mühitin formalaşmasına səbəb olmuşdur. Tariximizin çətin, ziddiyyətli və şərəfli dövründə yaranmış Lənkəran Dövlət Universiteti ilk addımlarını Azərbaycanın müstəqilliyi dövründəki təhsil sistemi ilə birlikdə atmış və bu gün respublikanın qabaqcıl ali təhsil müəssisələrindən biri kimi 25 illik şərəfli tarixi yol keçərək milli mədəniyyətimizin, elm və təhsilimizin inkişafında mühüm xidmətlər göstərmişdir.

Fəaliyyətinin ilk dövründə LDU-da 12 ixtisas üzrə 218 tələbə təhsil almış, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olmuşdur. Həmin dövrdə universitetdə 3 fakültə, 11 kafedra fəaliyyət göstərirdi. Universitetin ilk rektoru və yaradıcısı tarix elmləri doktoru, professor Hacıbaba Əzimov olmuşdur. Sonralar, 1997-ci ildə Respublika Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor Mirzə Ağa Bağırov və 2005-ci ildə Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar Elm Xadimi, fizikariyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov rektor vəzifəsinə təyin edilmişlər. Hazırda universitetin rektoru vəzifəsini tanınmış riyaziyyatçı alim, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov icra edir.

Maddi-texniki bazası

[redaktə | mənbəni redaktə et]

Universitetdə kompüter mərkəzi, kimya, biologiya, fizika laboratoriyaları, informasiya və komunikasiya texnologiyaları mərkəzi hərbi və fiziki təlim kafedrasının nəzdində hərbi hazırlıq metodikası kabineti, mülki müdafiə kabineti və hərbi rabitə hazırlığı kabineti fəaliyyət göstərir. Universtietdə ingilis dilinə və kompüter texnikasına yiyələnmək istəyənlər üçün əlavə kurslar təşkil olunmuş, şən və hazırcavablar klubu, bədii özfəaliyyət dərnəyi və xor kollektivi yaradılmışdır.

LDU-nun kitabxanası, geniş oxu zalı, yataqxanası, yeməkxanası, idman zalı və tibb məntəqəsi vardır.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Lənkəran Dövlət Universiteti İran İslam Respublikasının GilanFransanın Strasburq Universitetləri ilə elm, təhsil və mədəni sahələrdə əməkdaşlığa dair müqavilə imzalamışdır. LDU Xəzəryanı dövlətlərin universitetləri assosiasiyasına qəbul olunmuşdur.

Qafqaz Universitetlər Birliyinin üzvüdür.[2]

  1. "Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi (ƏLAVƏ OLUNUB)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22.
  2. Tüm Uyeler Arxivləşdirilib 2019-02-15 at the Wayback Machine. kunib.com

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • lsu.edu.az — Lənkəran Dövlət Universitetinin rəsmi saytı