Ləzgi dilləri — Vikipediya

Ləzgi dilləri
Danışanların ümumi sayı
  • təq. 882.100 nəf.
Təsnifatı
Qafqaz dilləri[d]
Nax-Dağıstan dilləri
Dağıstan dilləri[d]
Ləzgi dilləri
Dil kodları
Glottolog lezg1248

Ləzgi dilləriNax-dağıstan dilləri ailəsində on dili birləşdirən dil qrupu. Bu dillərdə təqribən 900 min nəfər danışır (2008). Dağıstanın cənub rayonlarında (Aqul, Axtın, Dərbənd, Məhərrəmkənd, Tabasaran və s.) və Azərbaycanın Xaçmaz, Şəki, Qax, Zaqatala, İsmayıllı, Quba, Oğuz, QusarQəbələ rayonlarında yayılmışdır.

Ləzgi dillərinin əhatə dairəsi müxtəlifdir. Məsələn, ləzgi dilinin yarım milyon istifadəçisi vardır, lakin arçin dilinin isə əlifbası yoxdur və cəmi kiçik bir kəndin əhalisi danışır.

Bir neçə min il əvvəl müasir ləzgi xalqlarının əcdadları ümumi bir proto-ləzgi dilini istifadə edirdi, lakin zamanla dillər dəyişib və indiki halını alıb.[1]

Qrupun tərkibi

[redaktə | mənbəni redaktə et]

Ləzgi dilləri qrupuna aşağıdakılar aiddir:

Ləzgi dillərinin əksəriyyəti dialektlərə malikdirlər və bəzən bu dialektlərin istifadəçiləri bir-birlərini başa düşmür. Ləzgi dillərinin morfologiyası üçün çoxhallılıq səciyyəvidir (halların sayı dildən-dilə 10-dan 30-a qədər artıb-azala bilir). Sintaktik sistemə isə nominativ, erqativ, dativ konstruksiyalar səciyyəvidir.

  • Алексеев М. Е. Вопросы сравнительно-исторической грамматики лезгинских языков. Морфология. Синтаксис. М., 1985.
  • Зaгирoв В. М. Истoричeскaя лeксикoлoгия языкoв лeзгинскoй группы. Махачкала, 1987.
  • Талибов Б. Б. Сравнительная фонетика лезгинских языков. М., 1980.
  1. "Arxivlənmiş surət". 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.