Laqqutu — Vikipediya
Laqqutu — müxtəlif ölçülü iki dördbucaq ağac qutudan ibarət zərb aləti. Azərbaycanda Lerik , Astara, Masallı, Lənkəran, Cəlilabad rayonlarında daha çox istifadə edilir. Alətin müxtəlif növləri bir çox ölkələrdə geniş yayılıb. Nağara, qoşa nağara, qaval və başqa zərb alətləri ilə birlikdə müasir ansambl və orkestrlərin tərkibində ifa edilir.
Söz açımı
[redaktə | mənbəni redaktə et]"Laqqutu" sözü 2 türk kökündən əmələ gəlib: lax/lığ (boş) və qutu [1]. Eyniköklü sözlər: "alaşa", "alaçıq" [2], rus dilində "лошадь" (loş at) [3], "лачуга" (alaçıq) [4].
Quruluşu
[redaktə | mənbəni redaktə et]Laqqutu mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınır. Alətin ölçüləri 250x125x50 mm-dir. Qoz, ərik, tut, fıstıq ağaclarından içərisi xüsusi ölçüdə oyularaq hazırlanır. Oyuğun üst hissəsi alt hissəsinə nisbətən nazik yonulduğundan ifa zamanı xüsusi səs tembri alınır. Bu alətin adının etimologiyası, güman ki, onun çıxardığı səs tembri ilə bağlıdır.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Этимологический словарь тюркских языков: Общетюркские и межтюркские основы на букву "Қ" / Авт. сл. статей Л. С. Левитская, А. В. Дыбо, В. И. Рассадин. М., 2000. BAX: səh. 180-181". 2013-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.
- ↑ "Севортян, Э.В. Этимологический словарь тюркских языков: Общетюркские и межтюркские основы на гласные/ АН СССР.Ин-т языкознания.-М.:Наука,1974.-768с. BAX: səh. 136-137.". 2013-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.
- ↑ "Фасмер М. Этимологический словарь русского языка - Лошадь". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.
- ↑ "Фасмер М. Этимологический словарь русского языка - Лачуга". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.
- ↑ "Azərbaycan ənənəvi musiqi atlası - Laqqutu". 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-16.