Lava — Vikipediya
Lava (it. lava – doldurur) (rus. лава, ing. lava) — vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlə. Lava soyuyarkən tərkibinə uyğun müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı lava bütün səthi dolduraraq lava örtükləri əmələ gətirir. Bu halda adətən dağ düzənlikləri – lava platoları yaranır.[1] Sıxışdırılan közərmiş maye və ya qatı kütlə. Soyumuş l. axmış (effuziv) və ya sıxışdırılmış (ekstruziv) süxurlar əmələ gətirir. Kimyəvi tərkibindən və qazın miqdarından asılı olaraq ərimə temperaturu 700–12000 c arasında dəyişilir. Tərkibinə görə bazalt və turş l. ayrılır.
Morofologiya
[redaktə | mənbəni redaktə et]Aa-lava
[redaktə | mənbəni redaktə et]AA-lava kələ kötür səthə malik bazalt lavasıdır və bir-biri ilə bitişmiş ayrı ayrı posa parçalarından və daha iri künclü sıx lava qırıntılarından ibarətdir. Havay adaları, həmçinin İslandiya və başqa vulkanik ərazilər üçün səciyyəvidir.[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 5. ISBN 978-9952-441-02-4.