Leq çarlığı — Vikipediya
Lakz — III əsrin əvvəllərində Qafqaz Albaniyasının ictimai-siyasi həyatında mühüm rol oynayan bəzi vilayətlərdə ayrı-ayrı çarlıqların meydana gəlməsi müşahidə olunur. Tarixi mənbələrdə həmin dövrdə Albaniya ərazisində mövcüd olmuş iki qüdrətli çarlığın adı çəkilir. Bunlar "Lakz" və "Maskutların ölkəsi" ("Maskut") adları ilə gös-tərilən çarlıq-lardır[1].
Maskut o qədər də böyük deyildi. Onunla müqayisədə Lakz həm əhalisinin sayına, həm də ərazisinə görə xeyli böyük idi. Qədim mənbələrdə göstərildiyi kimi, onu hel, leg, gel, kirk, sul, çur və digər. Orta əsr ərəb tarixçilərinin al-Lakz adlandırdıqları bu çarlıq cənubdan Şirvanla, cənubi-qərbdən Şəki vilayəti ilə həmsərhəd idi[2].
Tarixçilər göstərirlər ki, XI əsrə kimi Maskut çarlığı Lakz sakinləri təsiri altında olmuş, sonra Şirvanın tərkibinə daxil edilmişdi[3].
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Vladimir Minorsky. A History of Sharvān and Darband in the 10th-11th Centuries (1958).
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "История Агван" Моисея Каганкат-ваци. Перевод с древн-арм. Патканова К.П. - СПб, 1861. С. 5; Бутков П.Г. Материалы для новой истории Кавказа, т.I-СПб 1869. С. 94; Магомедов Р.М. История Дагестана, Махачкала, 1991. С. 23
- ↑ BGA. I, 192; СМОМПК, вып.29. C.31). X əsrin ortalarında ərəb tarixçisi əl-Məsudinin yazdığı kimi, Şirvan şahlığının dayağı al-Lakz idi. (Macoudi. Les Praries d’or. Texte arabe et trad. par B.Meynard et P. de Courteille, II. Paris, 1848, pp.5-6.
- ↑ Минорский В. Ф. "История Ширвана и Дербенда Х-ХI веков." М. 1963, с. 108