Leqlər — Vikipediya

Regionun xəritəsi.

Leqlər,[1] leklər[2] və ya lakzlar (q.yun. Λήγες) — Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri. Müasir ləzgilərin və ya lakların əcdadları, həmçinin hər iki etnonimin mənşəyi hesab edilir. Gellər və leqlər adətən müasir Dağıstan xalqlarının əcdadları ilə əlaqələndirilir. Bəzi ərəb, bütün antik, gürcüerməni mənbələrində leq etnonimi bütün Dağıstanın əhalisinə yayılmışdır, lakin orta əsr ərəb müəlliflərinin əksəriyyəti leqləri müasir ləzgilərin əcdadları ilə müqayisə edirlər.[3]

Leqlər 371-ci ildə Dzirav döyüşündə iştirak etmişdir. K. Trever Movses Xorenliyə istinad edərək qeyd etmişdir ki, "farsların tərəfində təkcə albanlar deyil, həm də onların padşahı igid Şargirin başçılıq etdiyi dəstəsi darmadağın edilərək qovulmuş leqlər də döyüşürdülər".[4]

İstər ləzgidilli xalqların tarixən yığcam məskəni olan ərazilərdə, istərsə də başqa yerlərdə leq və ya lək etnonimi ilə əlaqəli bir sıra toponimlər qorunub saxlanılmışdır. Bunlara Azərbaycanda Ləki, Ləkit, Ləgər, Ləkçılpaq kəndlərini,[5] Rusiyada, Rutul rayonunun cənubunda Ləkirgə silsiləsini nümunə göstərmək olar.[6]

  1. "Qədim Albaniyada yaşayan azsaylı xalqlar". 2023-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  2. "Albaniya tarixi" (PDF). 2023-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-01-19.
  3. Гаджиев М. Г, Давудов О. М, Шихсаидов А. Р. Институт истории, археологии и этнографии Дагестанского научного центра РАН (redaktor). История Дагестана с древнейших времен до конца XV в. (PDF). Махачкала: ДНЦ РАН. 1996. 125/450.
  4. К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании: IV в. до н. э.- VII в. н. э. — Академия Наук СССР, 1959
  5. "Azərbaycan toponimləri. Ensiklopedik lüğət, «Azərbaycan Ensiklopediyası», 2000, 588 s." 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  6. Ихилов, 1967
  • Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов. — Махачкала: ДФ АН СССР, ИИЯЛ им. Г. Цадасы, 1967. — 370 с.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]