Lesbos — Vikipediya
Lesbos | |
---|---|
Λέσβος | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Hündür nöqtəsi | 968 m |
Əhalisi |
|
Yerləşməsi | |
39°12′36″ şm. e. 26°16′48″ ş. u.HGYO | |
Ölkə | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada.
Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır. Onun yaradıcılığının bəzi elementləri əsas götürülərək "lesbi sevgisi" (qadının qadını sevməsi) termininin başlanğıcını bu adadan götürdüyü iddia edilir.
Eramızın II əsrində yaşamış və adanı özünün məşhur "Dafnis və Xloya" romanında məşhurlaşdırmış yazıçı Lonqun da məhz burada yaşadığı ehtimal olunur.
Makedoniya hökmdarı Filipin sarayına getməmişdən əvvəl məşhur yunan filosofu Aristotel də bir müddət bu adada yaşamışdır.
Xəritələr
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Adanın rəsmi saytı Arxivləşdirilib 2009-07-18 at the Wayback Machine