Lex Kaçinski — Vikipediya
Lex Kaçinski | |
---|---|
pol. Lech Kaczyński | |
| |
Polşa Respublikasının Prezidenti[d] | |
23 dekabr 2005 – 10 aprel 2010 | |
Əvvəlki | Aleksander Kvasnevski |
Sonrakı | Bronislav Komorovski |
Polşa Respublikası Seyminin deputatı[d] | |
1991 – 1993 | |
Polşa Respublikası Seyminin deputatı[d] | |
25 noyabr 1991 – 31 may 1993 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 iyun 1949[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 aprel 2010[1][2][…] (61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | aviasiya qəzası[d] |
Dəfn yeri |
|
Partiya |
|
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d], vəkil, sindikatçı[d], kino aktyoru, hüquqşünas, mühazirəçi, dissident |
Həyat yoldaşı |
|
Uşağı | 1 |
Dini | katolisizm[5] |
| |
Təltifləri | |
president.pl/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Lex Aleksandr Kaçinski (pol. Lech Aleksander Kaczyński; 18 iyun 1949[1][2][…], Varşava[4] – 10 aprel 2010[1][2][…], Smolensk) — 2005–2010-cu illərdə Polşanın prezidenti, 2002–2005-ci illərdə Varşava şəhərinin rəhbəri (bələdiyyə başçısı), "Haqq və Ədalət" partiyasının rəhbərlərindən biri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Lex Kaçinski 18 iyun 1949-cu ildə Varşavada anadan olub. Varşava Universitetini bitirib. Bundan sonra Qdansk Universitetində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib, professor adı alıb. 1977-ci ildən Fəhlələri Müdafiə Komitəsi, 1978-ci ildən Qdansk Azad Həmkarlar İttifaqlarının Təsis Komitəsi ilə əməkdaşlıq edib. 1980-ci ilin avqustundan Qdansk Zavodlararası Tətil Komitəsinin müşaviri kimi fəaliyyət göstərən Lex Kaçinski 1981-ci ildə "Həmrəylik" Müstəqil Həmkarlar İttifaqlarının 1-ci Ümumpolşa qurultayına nümayəndə seçilib.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Polşada hərbi vəziyyət elan olunduqdan sonra Lex Kaçinski həbs edilir. Lex Valensa ilə sıx əməkdaşlıq edən L. Kaçinski "Həmrəylik" hərəkatının gizli Müvəqqəti Koordinasiya Komissiyasının katibi vəzifəsini icra edirdi. O, 1988-ci ildən Lex Valensa yanında Mülki Komitənin, 1989-cu ildən isə "Həmrəylik" hərəkatının Ümumpolşa İcraiyyə Komitəsinin Rəyasət Heyətinin üzvü idi. 1989-cu ildə senator, iki il sonra isə Polşa Seyminin deputatı seçilib.
Lex Kaçinskinin 1990-cı ildə əkiz qardaşı Yaroslavla birlikdə yaratdığı Mərkəzçi Qüvvələr Partiyasının əsas məqsədi azad seçkilər keçirilməsinə və Lex Valensanın prezident seçilməsinə nail olmaqdan ibarət idi. 1991-ci ildə L. Kaçinski nazir statusu ilə prezident Valensanın Dəftərxanasında Milli Təhlükəsizlik İdarəsinə rəhbərlik edirdi. O, 1992–1995-ci illərdə Ali Nəzarət Palatasının sədri, 2000-ci ildə Yeji Buzek hökumətində ədliyyə naziri olub.
2001-ci ildə "Hüquq və ədalət" partiyasına rəhbərlik edən Kaçinski yenidən Seymin deputatı seçilir. Prinsipial, işgüzar, ədalətli siyasi xadim kimi şöhrət qazanmış Kaçinski 2002-ci ildə Varşavanın prezidenti (meri) seçilib və dövlət başçısı kimi and içənə qədər bu vəzifədə çalışıb.
2005-ci ilin martında Lex Kaçinski Polşa Prezidenti vəzifəsinə öz namizədliyini sürəcəyini rəsmən elan edib. Həmin vaxt çoxları bu fikirdə idi ki, "Hüquq və ədalət" partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə Lex Kaçinskinin qardaşı Yaroslav baş nazir vəzifəsini tutacaq. 2006-cı ildə bu fikir gerçəkləşdi.
2005-ci il oktyabrın 9-da Lex Kaçinski və Donald Tusk prezident seçkilərində daha çox səs toplayaraq ikinci tura qatıldılar. Oktyabrın 23-də keçirilən ikinci turda Lex Kaçinski səslərin 54,04 faizini toplayaraq Polşa Prezidenti seçildi.
Polşa Prezidentinin həyat yoldaşı Mariya Kaçinskaya iqtisadçı idi. Bir qızı və nəvəsi var. Lex Kaçinski yüksək şəxsi keyfiyyətləri, dövlətçilik mövqeyi, zəngin təcrübəsi, həmçinin siyasətçi-qanunverici, dövlət təhlükəsizliyinin keşikçisi imici sayəsində ölkədə böyük hörmət və nüfuz qazanmışdı.
O, Azərbaycanda rəsmi səfərdə olub[6].
Vəfatı
[redaktə | mənbəni redaktə et]Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində o da vəfat edib[7].
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 30.6.2009 — Bakı Slavyan Unversitetinin Fəxri doktoru[8]
- 02.07.2009 — "Heydər Əliyev" ordeni[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Lech Kaczyński // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 https://www.fakt.pl/wydarzenia/polityka/lech-i-maria-kaczynscy-wzieli-dwa-sluby/jkfbng4.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #103565515 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ https://www.prezydent.pl/kancelaria/archiwum/archiwum-lecha-kaczynskiego/tym-ktorzy-odeszli/katastrofa-samolotu-kronika-wydarzen/uroczystosci-pogrzebowe-w-krakowie,24841.
- ↑ "Lex Kaçinki: məhbəsdən çıxıb prezident olan əkiz qardaş". 2010-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-10.
- ↑ "Polşa prezidenti təyyarə qəzasında öldü". 2010-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-10.
- ↑ "Arxivlənmiş surət". 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
- ↑ "L. Kaçinskinin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2009-cu il tarixli, 360 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2012-03-14 at the Wayback Machine (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Lex Kaçinski Arxivləşdirilib 2011-08-26 at the Wayback Machine