Leyla Şıxlinskaya — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Leyla Şıxlinskaya | |
---|---|
Doğum tarixi | 12 iyun 1947 (77 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktrisa, baletmeyster |
Fəaliyyət illəri | 1965-ci ildən |
Mükafatları | |
IMDb | ID0793430 |
Leyla Şıxlinskaya (12 iyun 1947, Moskva) — Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycan Respublikasının xalq artisti (1998), sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990–1992-ci illərdə "Dyagilev-balet" truppasının baletmeysteri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Leyla Fərruz qızı Şıxlınskiya Moskvada anadan olub. Xoreoqrafiya məktəbində, GİTİS-in teatrşünaslıq fakültəsində təhsil alıb. M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində balerina kimi, "Dyagilev-balet" truppasının baletmeysteri (1990–1992) kimi çalışıb. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir. 1999-cu ildə "Leyla Şıxlinskayanın Klinikası"nın təsisçisi və bir müddət rəhbəri olub.[1]
Rusiya istehsalı olan "Qırmızı və qara" (1976, rejissor Sergey Gerasimov) çoxseriyalı filmində xanım de Fervak rolunu ifa edib.
Sənətşünaslıq elmləri namizədi (1987), sənətşünaslıq elmləri doktoru, Əməkdar artist (1993), Xalq artistidir.
"Arşın mal alan" filmində (1965) Gülçöhrənin yadda qalan obrazını yaratmışdır. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Leyla Şıxlinskaya həm də Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir.
Leyla Şıxlinskayanın həyatı incəsənətlə bağlı olsa da, ailəsində həkimlər çoxluq təşkil edib. Bu əhatədə keçən uşaqlıq illəri 1999-cu ildə onu Leyla Şıxlinskayanın Klinikasını yaratmağa məcbur etmişdir[2] və bu tibb ocağı Azərbaycanda ilk şəxsi klinikalardan biri olmuşdur.
1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülmüşdür. 1993-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 1998-ci ildə isə "xalq artisti" fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Arşın mal alan (film, 1965) — Gülçöhrə
- Bağ mövsümü (film, 1985) — Əminə
- Cazibə qüvvəsi (film, 1964) — Nərgiz
- Dantenin yubileyi (film, 1978) — Yaqut
- Dədə Qorqud (film, 1975) — Banuçiçək
- Gün keçdi (film, 1971) — Əsmər
- Xatirələr sahili (film, 1972) — Rəna
- Qəm pəncərəsi (film, 1986) — Zeynəb
- Qızıl qaz (film, 1972) — Şəfiqə
- Oxuyur Müslüm Maqomayev (film, 1971) — Tatyana Larina
- Ömrün ilk saatı (film, 1973) — Azərin sevgilisi
- Şahid qız (film, 1990) — Leyla
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Leyla Şıxlinskaya – Kinobiz.az – kino haqqında internet portalı" (ingilis). 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-29.
- ↑ "Лейла Шихлинская: "В нашей клинике ещё ни одному ребёнку не сказали "нет"!"". 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.