Limfyord boğazı — Vikipediya
Limford | |
---|---|
dan. Limfjorden | |
| |
Ümumi məlumatlar | |
Uzunluğu | 160 km |
Ən böyük dərinliyi | 24 m |
Yerləşməsi | |
56°56′34″ şm. e. 9°04′30″ ş. u.HGYO | |
Ölkə | Danimarka |
Akvatoriyası | |
Ayırır | Yutlandiya yarımadası ilə Şimali Yutlandiya adasını |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Limfyord boğazı[1] (Lim Fjord, Limfjorden) — Danimarkanın şimalında, Yutlandiya yarımadası ərazisində Şimal dənizi ilə Katteqat boğazını birləşdirən boğazlar şəbəkəsi. Boğazın uzunluğu 180 km təşkil edir.
Boğaz əsasən göl tipli bitkilərlə örtülüdür. Limford Şimali Yutlandiya adasını Yutlandiya yarımadasından ayırır. Orta dərinliyi 3–5 m, maksimal dərinlik isə 24 m-dir.
Limford boğazında 90-dan çox ada vardır. Ən iri adaları: Mors və Fur adası.
Ən əhəmiyyətli limanı Olborqdur. Limford balıqçılıq rayonudur. 1825-ci ilə qədər Limford körfəz olmuşdur. Həmin ildə baş vermiş fırtına zamanı qumdan ibarət olan burun tam yuyulmuş və boğaza çevrilmişdir. Bununla da Şimali Yutlandiya yarımadadan adaya çevrilmişdir.
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Олборг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 339.