LinkedIn — Vikipediya

LinkedIn}
LinkedIn
URL linkedin.com
Tipi Sosial şəbəkə
Qeydiyyat Məcbur
Dilləri Çoxdilli
Ziyarətçi sayı
  • 220.400.000 nəf.
Sahibi Microsoft Koorporasiyası
Müəllif (lər) Rid Hofman
Açılma tarixi 2003
Alexa reytinqi
  • 44 (21 yanvar 2022)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

LinkedIn — işgüzar və iş əlaqələrinin qurulması üçün sosial şəbəkə.

Linkedin korparasiyası professional peşələrin insanları üçün sosial şəbəkə saytıdır. 2002-ci ilin dekabrında qurulub və 2003-cü ilin martın 3-də fəaliyyətə başlayıb. Əsasən professional şəbəkə kimi istifadə edilir. 2013-cü ilin yanvarı üçün LinkedIn dünyanın 200-dən artıq ölkə və bölgələrindən 200 milyondan çox istifadəçinin qeydiyyatdan keçdiyini bəyan edir.

"LinkedIn" sosial şəbəkəsinin əsasını 2002-ci ilin dekabrında Rid Hofman qoyub, 2003-cü ilin mayında istifadəyə verib.

"LinkedIn" qeydiyyatdan keçən istifadəçilərə işgüzar əlaqələrin siyahısını yaratmağa və dəstəkləməyə imkan verir. "LinkedIn" istifadəçiləri müxtəlif hədəflər üçün əlaqələr siyahısından istifadə edə bilərlər: mövcud əlaqələr vasitəsilə təqdim edilmiş olmaq və əlaqələri genişləndirmək, şirkətlər, insanlar, maraqlar üzrə qrupların axtarışını həyata keçirmək, peşəkar xülasə dərc etmək və iş axtarışını həyata keçirmək, məsləhət görmək və məsləhət görülmüş olmaq, vakansiyaları dərc etmək, maraqlar üzrə qrupları yaratmaq. LinkedIn həmçinin işgüzar səfərlər, konfranslar və oxunmuş kitablar haqqında informasiyanı dərc etməyə imkan verir.

Sayt dünyanın 20-dən artıq dilində (ingilis, fransız, rus, alman, italyan, portuqal, ispan, rumın, türk və s.) əlçatandır. Şirkətin qərargahı Kaliforniyanın Mauntin-Vyu şəhərində yerləşir. LinkedIn həmçinin Çikaqo, Nyu-York və Londonda ofislərə malikdir. Bundan əlavə, sosial şəbəkə ABŞ-dən kənarda Yaponiya, Hindistan və Braziliyada 3 ofis açıb.

Şirkətin fəaliyyətinin maliyyələşdirilməsi Greylock, Sequoia Capital, Bain Capital, Bessemer kimi investisiya fondları tərəfindən həyata keçirilir.

300 milyonun “LinkedIn”i

[redaktə | mənbəni redaktə et]

Artıq “LinkedIn” sosial şəbəkəsində qeydiyyatdan keçən istifadəçilərin sayı 300 milyon nəfər təşkil edir. Ümumilikdə son on beş ayda saytda 100 milyon və ya ayda təxminən 6,7 milyon nəfər qeydiyyatdan keçib.

“LinkedIn” auditoriyasının əksər hissəsini beynəlxalq istifadəçilər təşkil edir. Saytın istifadəçi bazasının yalnız üçdə bir hissəsi (100 milyon) ABŞ-nin payına düşür ki, onlar da iş axtaranlar, insan resursları mütəxəssisləri və müxtəlif sahələrin digər peşəkarlarından ibarətdir.

Hər gün smartfon və planşetlərdən 15 milyon profil və 1,45 milyon vakansiyaya baxılır, 200-dən çox ölkədə 44 min iş elanı dərc edilir.

“LinkedIn”ıninfoqrafikasına əsasən, sayt istifadəçilərinin təxminən 56 faizi kişilər, 44 faizi qadınlardır. Saytda aktivliyinə görə ABŞ-dən sonra ikinci yeri Hindistan tutur. Üçüncü yerdə Braziliya, dördüncüdə Böyük Britaniya, beşincidə Kanada qərarlaşıb.

“LinkedIn” sosial şəbəkəsi istifadəçi hesablarının təhlükəsizliyinin təmini üçün əlavə xidmətlər reallaşdırmağa çalışan internet şirkətlərinin cərgəsinə qoşulub.

Artıq sözügedən sosial şəbəkənin istifadəçiləri ikipilləli identifikasiya sistemindən istifadə edə bilirlər. İstifadəçi yeni identifikasiya sistemindən istifadə edib-etməyəcəyini özü təyin edir. İkipilləli identifikasiya texnologiyasının aktivləşdirilməsi zamanı əvvəlcədən göstərilmiş mobil telefon nömrəsinə rəqəmli kodu göndərilir və o, parola əlavə olaraq daxil edilir.

Bu cür yanaşma istifadəçi hesablarının təhlükəsizlik sistemini xeyli dərəcədə gücləndirməlidir.

Microsoft şirkəti 13 iyun 2016-cı il tarixində "LinkedIN" korparasiyasını 26.2 milyard dollara almışdır.[2][3]

  1. https://web.archive.org/web/20220121073729/https://www.alexa.com/siteinfo/linkedin.com.
  2. "Microsoft to acquire LinkedIn | News Center". news.microsoft.com. 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-19.
  3. Greene, Jay; Steele, Anne. "Microsoft to Acquire LinkedIn for $26.2 Billion". Wall Street Journal. 13 iyun, 2016. 2016-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun, 2016.