Lizzi Hollidey — Vikipediya

Lizzi Hollidey
ing. Lizzie Halliday
Doğum adı Eliza Marqarit Maknalli
Ləqəbləri ing. Maggie Hopkins, Lizzie Brown
Doğum tarixi
Doğum yeri Antrim, İrlandiya
Vəfat tarixi
Vəfat yeri
Qətllər
Həbs tarixi 1894
Cəzası elektrik stulunda edama məhkum edilmiş ilk qadın

Lizzi Hollidey (ing. Lizzie Halliday; 1859, Antrim[d]28 iyun 1918[1], Beason, Nyu-York ştatı) — 1890-cı illərdə Nyu-Yorkdakı dörd şəxsin ölümündə məsuliyyət daşıyan irlandiya mənşəli amerikalı seriyalı qatil. O, 1894-cü ildə elektrik stulunda edama məhkum edilmiş ilk qadın olmuşdur. Ancaq Hollideyin hökmü dəyişdirildi və ömrünün qalan hissəsini psixiatrik xəstəxanada keçirdi. O, xəstəxanada olarkən bir tibb bacısını öldürdü və ən azı daha iki adamı - əvvəlki evliliyindən olan ərlərini öldürdüyü ehtimal edilir.

Əslən Eliza Marqaret MakNelli olan Lizzi Hollidey 1859-cu ildə[2] İrlandiyanın Antrim qraflığında anadan olub. O, azyaşlı olarkən (3 və ya 8 yaşında) ailəsi Amerikaya köçdü.[2][3] 1879-cu ildə Lizzi əsl adı Ketspul Braun olan Çarlz Hopkins ləqəbi ilə tanınan Qrinviçdən olan (Nyu-York) bir adamla evləndi.[4] 1981-ci ildə Hopkinsin ölümündən sonra o, Artemus Bruyer adlı bir təqaüdçü ilə evləndi, ancaq o da bir ildən az müddətdə öldü. Onun üçüncü əri evliliklərinin ilk ili onu tərk etdi. Lizzi Bruyer ilə birlikdə xidmət etmiş bir müharibə veteranı Corc Smit ilə evləndi. Çayına arsenik qoyaraq Smiti öldürmək üçün edilən uğursuz bir cəhddən sonra Lizzi Vermontda Bellouz - Folsa qaçdı. O, Vermont sakini Çarlz Pleystela adlı bir şəxslə evləndi, amma Çarlz iki həftə sonra yoxa çıxdı.[3]

1888-ci ilin qışında Lizzi Filadelfiyada İrlandiyadan tanıdığı dostları Makkuilans tərəfindən idarə olunan bir barda göründü. Meqqi Hopkins[4] adı ilə yola çıxan Lizzi bir mağaza açdı, amma sonradan mağazanı siğorta pulu üçün yandırdığına görə məhkum edildi. O, Filadelfiyanın Şərqi Dövlət Cəzaçəkmə Müəssisəsində iki il müddətinə azadlıqdan məhrum edildi.

O, 1889-cu ildə Lizzi Braun adını götürərək Nyu-Yorkun Berlingem şəhərində övladları ilə yaşayan iki dəfə dul qalmış yetmiş yaşlı bir fermer Pol Hollideyin yanında təsərrüfat işləri ilə məşğul olmağa başladı.[2] İki il ərzində Hollidey ailəsinin evi və anbarı yandı və Lizzi qəsdən yandırmada şübhəli bilinirdi. Lizzi atları oğurladı və həmin cinayətə dəliliyə görə bəraət verildi (müxtəlif mənbələrə görə, bu 1890 və ya 1893-cü illərdə baş vermişdir).

1891-ci ildə Hollideyin əqli qüsurlu oğlu Conu öldürərək o, dəyirmanı, evi, anbarı yandırdı. Lizzinin Conu bəyənmədiyi məlum olduğu üçün yenidən yanğını onun törətdiyindən şübhələnilirdi. O, həbs olundu və ruhi xəstəxanaya göndərildi, sonra başqa birinə köçürüldü, lakin daha sonra müalicə olunduğu və sağaldığı bildirilir. O, Pol Hollideyin evinə qayıdır.[5]

Pol Hollidey həmin ilin avqustunda yoxa çıxdı. Lizzi bənna işi ilə bağlı yaxın bir şəhərə getdiyini iddia etdi. Lizzinin hekayəsində bir şeylərin doğru olmadığına dair qonşuların şübhələrindən sonra axtarış qərarı alındı və sentyabrın 4-də iki qadının cəsədi bir anbarda samanlıqda basdırılmış şəkildə tapıldı. Onların hər ikisi vurulmuşdu. Lizzidən çox şey öyrənmək olmurdu, çünki sorğu-sual olunduqda qəribə davranırdı, paltarlarını cırırdı və əlaqəsiz danışırdı. O, həbsdə saxlanılırdı və bəziləri onun dəliliyinin saxta olduğunu düşünürdü.

Makquilin tapılmasından bir neçə gün sonra Pol Hollideyin xəsarət almış cəsədi evinin döşəmələri altından aşkar edildi. O da vurulmuşdu. Lizzi cinayətlərdə ittiham edildi və Nyu-York ştatının Montiçello qəsəbəsindəki Sallivan Qrafllığı Həbsxanasında mühakimə olundu. İlk bir neçə ay yeməkdən imtina etdi, şerifin arvadına hücum etdi, yatağına od vurdu, özünü asmağa çalışdı və boğazını sınmış şüşə ilə kəsdi.[4] Həbsxanada qaldığı aylar ərzində onu zəncirləmək məcburiyyətində qaldılar.

21 iyun 1894-cü ildə Hollidey Marqaret Makkuillanın və Sara Ceyn Makkuillanın öldürülməsinə görə mühakimə olundu. O, Nyu-York ştatında elektrik stulunda edama məhkum edilmiş ilk qadın oldu, lakin qubernator Rozuell P.Flauer, tibbi komissiya onun ruhi xəstə olduğunu bildirdikdən sonra cəzasını ruhi xəstəxanaya ömürlük dəyişdirdi.[6][7][8] [9] Hollidey ömrünün qalan hissəsini keçirdiyi Ruhi Xəstə İnsan üçün Matteavan Dövlət Xəstəxanasına göndərildi. 1906-cı ildə tibb bacısı Nelli Uiksini qayçı ilə 200 dəfə zərbə endirərək öldürdü.[10] Hollidey 28 iyun 1918-ci ildə öldü.[11][12][13]

  1. Find a Grave (ing.). 1996.
  2. 1 2 3 Harold Schechter, Psycho USA: Famous American Killers You Never Heard Of, Random House Publishing Group – 2012, page 58 (born 1859)
  3. 1 2 Conway, John (August 11, 2014). "A Short History Of Serial Killer Lizzie Brown Halliday" (ingilis). newyorkhistoryblog.org. 10 mart 2019 tarixində arxivləşdirilib.
  4. 1 2 3 "Serial Killer Lizzie Halliday Was Known in New York State as "The Worst Woman On Earth" - 1893" (ingilis). unknownmisandry.blogspot.com. 15 mart 2012 tarixində arxivləşdirilib.
  5. "Eliza Margaret "Lizzie" McNally Halliday" (ingilis). findagrave.com. 31 avqust 2018 tarixində arxivləşdirilib.
  6. Robert Wilhelm. "The Worst Woman on Earth" (ingilis). murderbygaslight.com. 22 dekabr 2014 tarixində arxivləşdirilib.
  7. James D. Livingston, Arsenic and Clam Chowder: Murder in Gilded Age New York, SUNY Press – 2012, pg 64
  8. "The Library of Congress, Researchers, Topics in Chronicling America – Death by Electric Chair" (ingilis). loc.gov. 20 sentyabr 2015 tarixində arxivləşdirilib.
  9. "Halliday "electric chair"" (ingilis). google.co.uk. 6 mart 2016 tarixində arxivləşdirilib.
  10. Murder By A Maniac – Lizzie Halliday, Ex-Gypsy, Adds a Seventh Victim to Her List – Stabs Nurse With Shears – Horrible Crime of Crazy Woman In Hospital For Insane Criminals at Matteawan, N. Y., The Logansport Pharos (In.), Oct. 17, 1906, p. 7 republished here Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine
  11. "Lizzie Halliday" (ingilis). newspapers.com. 5 fevral 2018 tarixində arxivləşdirilib.
  12. "LIZZIE HALLIDAY DEAD.; Guilty of Five Murders and Described as 'Worst Woman on Earth.'" (ingilis). nytimes.com. 20 mart 2018 tarixində arxivləşdirilib.
  13. LIZZIE HALLIDAY, MURDERESS, DIES IN ASYLUM, Middletown Times-Press from Middletown, New York, Friday, June 28, 1918