Lotus Elan — Vikipediya

Lotus Elan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lotus ElanLotus Cars tərəfindən 1962–1975 və 1989–1995-ci illər arasında istehsal olunan idman avtomobili modelidir.

1962–1975-ci illərdə istehsal olunan Type 26, 26R Racing versiyası (S1 Elan), 36R Racing versiyası (S2 Elan), 36 Fixed Head Coupe, 45 Drop Head Coupe və “Type 50” +2 Coupe 1960-cı illərin Elanı olaraq bilinir. Onlar iki qapılı, arxa itələməli kuperoadsterlər olmuşdurlar. Type M100, 1989–1995-ci illər arasında istehsal edilmiş və 1990-cı illərin Elanı kimi tanınan iki qapılı roadster (üstü açıq maşın) olmuşdu. Bu ikinci model eyni zamanda Cənubi Koreyada Kia tərəfindən Kia Elan adı ilə 1996–1999-cu illərdə lisenziya ilə istehsal edilmişdir