Lotxal — Vikipediya

Lotxal - Harappa sivilizasiyasının əsas şəhərlərindən biri. Təxminən e.ə. XXIV əsrə yaxın yaranmış bə yaşayış məntəqəsi müasir Hindistanın Qucarat ştatında yerləşir. 1954-cü ildə aşkar edilmiş Lotxalda ilk arxeoloji qazıntılar Hindistan Arxeologiya İdarəsi tərəfindən 1955-1960-cı illərdə aparılmışdır.

Qucarat dilində Lotxal "Ölülər təpəsi" deməkdir [1].

Arxeoloqlar aşkar etdikləri misdənkeramikadan, həmçinin yarımqiymətli daşlardan hazırlanmış əşyalara və boyunbağılarına əsasən e.ə. XXIII əsrdə Harappa mədəniyyəti meydana çıxanadək [2] çox da böyük olmayan yaşayış məntəqəsi olduğu qənaətinə gəlmişlər. Lotxal sakinləri qərbdə yerləşən yaşayış məntəqələrinin sakinləri ilə ticarətdə boyunbağı əsas yer tuturdu. Sonuncular pambıq və düyü ticarəti bəhanəsi ilə ciddi müdafiə olunan Lotxal məntəqəsinə soxulmuş və yerli əhalini assimilyasiya etməyə müvəffəq olmuşlar [3]

Şəhərin planı

[redaktə | mənbəni redaktə et]

E.ə. təxminən 2350-ci ildə baş vermiş daşqın nəticəsində şəhərdə tikililərin çoxu dağılmış, harappalılar şəhəri yenidən bərpa etmişlər [4] Şəhər akropola və aşağı hissələrə bölünmüşdür. Akropolda ictimai hamamlar, su quyuları, həmçinin bişmiş kərpicdən tikilmiş yeraltı və yerüstü su kanalları çəkilmişdir. Hökmdar və adlı-sanlı adamlar şəhərin bu hissəsində yaşayırdılar.

Şəhərin aşağı hissəsi də öz növbəsində ticarət və yaşayış sahələrinə bölünmüşdür. Şimaldan cənuba doğru uzanan küçə bu iki hissə arasında sərhəd rolunu oynayırdı. Ticarət hissəsində tacirlərin və sənətkarların dükanları yerləşirdi. Bu dükanların üst hissəsində yaşayış evləri yerləşirdi. Onların yüxarı hissədə yerləşməsi sel təhlükəsindən qorunmaq məqsədi daşıyırdı.

Şəhərin şərq hissəsində 3,5 metr hündürlükdə yerləşən su anbarına kanal şəkilmiş, bu kanal dənizə tökülən şayla birləşdirilmişdir [5].

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Lotxal limanı - Müasir Bombey şəhərindən şimalda, Kambey boğazı sahillərində yerləşən qədim ticarət mərkəzi, qədim dövrlərdə Hindistan sivilizasiyasının əsas limanlarından biri olmuşdur [6]. Bu liman Harappa sivilizasiyası dövründə Sind əyaləti ilə Mohenco-Daro və Harappa şəhərlərinin yerləşdiyi Sauraşastra yarımadasını birləşdirən Sabarmati çayı üzərində yerləşirdi.

Bundan başqa, Lotxak limanından qiymətli daş-qaş və bəzək əşyaları yüklənmiş gəmilər Asiyanın qərbindəki (Şumer) və Afrikadakı (qədim Misir) limanlara səfər edirdilər. Şumerdə aparılan arxeoloji qazıntılar zamanı Harappa möhürü vurulmuş parça qalıqları tapılmışdır. Şumerlə ticarət Bəhreyn vasitəsilə həyata keçirilirdi.

Lotxalda tunc silahlar nizələr, bəzək əşyaları, balıq tutmaq üçün qarmaqlar da istehsal olunurdu.

İdxal məhsulları arasında bal və yarımqiymətli daş-qaşlar mühüm yer tuturdu.

Harappa sivilizasiyasının Mohenco-Daro, Harappa kimi əsas şəhərləri Lotxal şəhəri nəinki davam gətirmiş, hətta bir müddət çiçəklənmə dövrünü yaşamışdı. Lakin müntəzəm surətdə baş verən tropik qasırğaları və daşqınlar (məsələn, e.ə. 1900-cü ildə) təkcə Sauraştra regionunda deyil, Sind və Qucarat əyalətlərində də onlarla yaşayış məntəqələrinin dağılmasına və əhalinin kütləvi miqrasiyasına səbəb olmuşdur.[7].

  1. S. R. Rao. Lothal. Archaeological Survey of India. 1985. 2–3.
  2. История Востока. Восток в древности, — М: Восточная литература РАН, 2002, стр. 392
  3. S. R. Rao. Lothal. Archaeological Survey of India. 1985. 5.
  4. S. R. Rao. Lothal. Archaeological Survey of India. 1985. 6.
  5. S. R. Rao. Lothal. Archaeological Survey of India. 1985. 7–8.
  6. "Лотхал. Энциклопедия археологии". 2015-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
  7. S. R. Rao. Lothal. Archaeological Survey of India. 1985. 13–14.