Mübarək Gəray (nurəddin) — Vikipediya

Mübarək Gəray
13 noyabr 1631 – 24 iyun 1632
ƏvvəlkiƏzəmət Gəray
SonrakıMübarək Gəray
Şəxsi məlumatlar
Vəfat tarixi ən tezi 1632
Vəfat yeri
Atası I Səlamət Gəray
Ailəsi Gəraylar

Mübarək Gəray (krımtat. Mubarek Geray)(v. ən tezi 1632, Ədirnə, Osmanlı imperiyası) — Krım xanı I Səlamət Gərayın oğlu, Krım nurəddini.[1][2]

Doğum tarixi dəqiq bilinmir. Krım xanı I Səlamət Gərayın oğludur. İlk illəri haqqında yetərli məlumat yoxdur. Atasının 1610-cu ildə vəfatının ardından kiçik qardaşlarıyla birlikdə İstanbula göndərildi və burada böyüdüldü. Canıbəy Gərayın 1628-ci ildə ikinci dəfə xan təyin edilib Krıma göndərilməsinin ardından Mübarək Gəray da onunla birlikdə doğulduğu torpaqlara qayıtdı. 1629-cu ilin aprelində Krıma qarşı hücumlar tərtibləyən sabiq xan III Mehmed Gəray və qardaşı Şahin Gərayı Perekop yaxınlığında məğlub edən Mübarək Gəray, döyüş meydanından qaçan Şahin Gərayı təqib etməyə davam etdi. Onun ardından üsyankar xanzadəni dəstəkləyən noqay ordasıçərkəz diyarına basqınlar tərtibləyən Mübarək Gəray bölgədə mərkəzi hakimiyyəti gücləndirdi. Şahin Gəray Səfəvilərə sığınmağa məcbur oldu və Mübarək Gəray xeyli qənimətlə geri qayıtdı.

1631-ci ilin noyabrında qardaşı Əzəmət Gərayın kalqay təyin edilməsiylə, Mübarək Gəray ondan boşalan nurəddin ünvanını aldı. Ancaq çox keçmədən 24 iyun 1632-ci ildə Canıbəy Gərayla münasibətləri pisləşən qardaşı edam edildi. Üstəlik kalqayın qardaşları Mübarək Gəray və Səfa Gəray da xana xəyanətlə günahlandırıldı. Haqlarında çıxan edam qərarının ardından ailəsiylə birlikdə qaçan xanzadələr öncə Perekop, daha sonra isə Kəfəyə sığındılar. İğtişaşlar zamanı Mübarək Gərayın ələ keçirilən İnayət və Adil adlı 2 oğlu Canıbəy Gərayın əmriylə öldürüldü.

Osmanlı mülkü hesab edilən Kəfəyə sığınan Mübarək Gəray daha sonra Ədirnəyə gətirildi və qalan ömrünü burada keçirdi. Qalan həyatıyla bağlı məlumat yoxdur.

  1. Fisher, Alan, Kırım Tatarları, Çev: Eşref B. Özbilen, Selenge Yayınları, 2009
  2. Halim Giray Han, Gülbün-i Hanan, Osman Cudi Neşri, 1327
  • Kırım Hanlığı’nda Kalgaylık ve Nureddinlik Üzerine Bir İnceleme. Furkan Cem Tosun. Yüksek Lisans Tezi. İzmir 2022
  • Von Hammer Purgstall, Kırım Hanlığı Tarihi, İnsan Yayınlar, 3. Baskı, 2020