Mücrü (film, 1973) — Vikipediya
Mücrü | |
---|---|
Fayl:Mücrü (film, 1973).jpg | |
Janr | dram musiqili |
Rejissor | Nazim Dadaşov |
Ssenari müəllifi | Gülhüseyn Hüseynoğlu |
Baş rollarda | Ofeliya Sənani — ana Hafiz Fətullayev — ata Məhluqə Sadıqova — ananın anası |
Operator | Fuad Fərzəliyev |
Bəstəkar | Fikrət Əmirov |
Rəssam | Oleq İbrahimov |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1973 |
Filmin növü | qısametrajlı bədii televiziya filmi |
Müddət | 16,5 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1973 |
Texniki məlumatlar | 2 hissə 35 mm |
Rəng | ağ-qara |
Məzmun
[redaktə | mənbəni redaktə et]Ana (Məhluqə Sadıqova) qızını gəlin köçürəndə ona cehiz olaraq mücrü verir və "mücrüsüz gəlin olmaz" deyir. Gəlin (Ofeliya Sənani) isə vaxt keçdikcə mücrüyə əri tərəfindən hədiyyə edilən zinət əşyalarını qoyur. Mücrü dolur. Lakin amansız müharibə onun ərini (Hafiz Fətullayev) əlindən alır, aclıq başlayır. Gəlin məcbur olaraq mücrüdəki zinət əşyalarını bir-bir satır və uşaqlarını böyüdür. Mücrü boşalır. İllər keçir müharibə bitir və həmin mücrü uşaqların diplomları ilə yenidən dolmuş olur.
Film haqqında
[redaktə | mənbəni redaktə et]Film eyniadlı mənsur şeirin əsasında çəkilmişdir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenarinin müəllifi: Gülhüseyn Hüseynoğlu
- Quruluşçu rejissor: Nazim Dadaşov
- Quruluşçu operator: Fuad Fərzəliyev
- Quruluşçu rəssam: Oleq İbrahimov
- Bəstəkar: Fikrət Əmirov
- Səs rejissoru: Rəşid Nəsiboğlu
- Assistentlər: A.Abbasov, E.Bağırov
- Qrim edən: Elbrus Vahidov
- Montaj edən: S.Əkbərova
- Redaktor: H.Seyidov
- Direktor: A.Mirzəbəyov
- Çalır: Azərbaycan Televiziyası və Radiosunun Kamera Orkestri
- Dirijor: Nazim Rzayev
- Mətni oxuyan: Lütfi Məmmədbəyli (Lütfü Məmmədbəyov kimi)
- Mahnı ifa edən: Şövkət Ələkbərova (titrlərdə yoxdur)
Rollarda
[redaktə | mənbəni redaktə et]- Ofeliya Sənani (Ofelya Sənani kimi) — ana
- Hafiz Fətullayev — ata
- Məhluqə Sadıqova — ana
- L.Fərzəliyeva
- M.Məlikova
- G.Həsənova
- S.Məmmədov
- T.Şahmuradov