Müslüm ibn Həccac — Vikipediya
Müslüm ibn Həccac | |
---|---|
ərəb. مسلم بن الحجاج | |
Doğum tarixi | 821[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 may 875[1] |
Vəfat yeri | |
Elm sahələri | fiqh |
Tanınmış yetirməsi | İbn Xuzeymə[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Əbu-l-Hüseyn Müslim ibn Həccac ibn Müslim ibn Vard əl-Quşeyri ən-Nisaburi (ərəb. أبو الحسين مسلم بن الحجاج القرشي النيشابوري) (821 (hicri-qəməri 204)-875 (hicri-qəməri 261)—İslam alimi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Müslim hicrətin 204-cü ilində (821) Nişapur şəhərində anadan olmuşdur.
Uşaq ikən hədis elmini çox sevirdi. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən mənimsəmişdir. Sonralar o, Məhəmməd peyğəmbərin hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir.
Müslim hicrətin 261-ci ilində (875) Rəcəb ayının 2-si Nişapur şəhərində vəfat etmişdir.
Onun haqqında deyilənlərdən
[redaktə | mənbəni redaktə et]Əbu-l-Fadl Əhməd ibn Sələmə demişdir: "Mən Əbu Zura və Əbu Hatimin Müslimə qarşı olan münasibətini gördüm. Onlar hədis elmində Müslim ibnu-l-Həccacı əsrinin alimlərindən üstün sayırdılar". Əbu Qüreyş demişdir: "Dörd hafiz mövcuddur: bunlar Əbu Zura, Məhəmməd ibn İsmail, əd-Dərimi və Müslimdir". Məsləmə ibn Qasim demişdir: "O, mötəbər hafizlərdən olub, hədis elmindən çox anlayışı var idi". Xəlili demişdir: "Onun fəzilətlərini qeyd etməyə ehtiyac yoxdur. Çünki, o, bundan da artıq məşhurdur".
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "əs-Səhih"
- "ət-Tabəqat".
- "əl-Əsma va-l-kunə".
- "ət-Təmyiz".
- "əl-Münfəridətu-l-vihdən".
- "Suələtu-l-imam Əhməd".
- "Əvhami-l-muhəddisin".
- "Əvlədi-s-sahəbə".
- "Əfradi-ş-şamiyyin".
- "əl-Əqran".
- "Məşəyix Malik".
- "Məşəyix Şöbə".
- "Məşəyixu-s-Səuri".
- "əl-Muxadramin".
- "əl-İntifa bi uhubi-s-siba".
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Али-заде А. Исламский энциклопедический словарь (rus.). Москва: Ансар, 2007.
- ↑ AA.VV. Encyclopaedia of Islam, Encyclopédie de l’Islam (fr.). 1913.
- ↑ Ərəbcə Vikipediya. 2003.