Mıxtökən silsiləsi — Vikipediya
Mıxtökən silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3.616 m |
Hündür zirvəsi | Dəlidağ (dağ, Kəlbəcər) |
Yerləşməsi | |
39°54′07″ şm. e. 46°12′44″ ş. u.HGYO | |
Ölkə | |
|
Mıxtökən silsiləsi — Azərbaycanda, Kiçik Qafqazda dağ silsiləsi. Qarabağ yaylası ilə Qarabağ silsiləsi arasında, Tərtər və Həkəri çayları hövzələrinin suayrıcılarında yerləşir. Maksimum hündürlüyü 3,616 metrdir (Dəlidağ). Təbaşir və Paleogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Kollu və seyrək meşələri (palıd, fıstıq, vələs), subalp və alp çəmənlikləri yayılmışdır. Yay otlaqları var.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Мыхтөкән силсиләси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 15.