Məhəmməd Yeganə — Vikipediya
Məhəmməd Yeganə | |
---|---|
Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə | |
Doğum tarixi | |
Doğum yeri | Zəncan, İran |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Vaşinqton, ABŞ |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, iqtisadçı |
Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə (5 may 1923 - 18 dekabr 1995) — İran iqtisadçısı və siyasətçisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə 5 may 1923-cü ildə Zəncan şəhərində dünyaya gəlmişdi. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. 1942-1946-cı illərdə Tehran Universitetində oxumuşdu. İqtisad bakalavrı diplomu almışdı.Sonra ABŞa yollanmış, 1947-1951-ci illərdə Kolumbiya Universitetində magistr ixtisasını almışdı. 1951-ci ildən 1962-ci ilədək neft sahəsində çalışmışdı. 1964-cü ildən 1969-cu ilədək İran İqtisadiyyat nazirliyində işləmişdi.1969-cu ildən 1970-ci ilədək İran Məskən və Sənaye nazirliyində Şöbə müdiri vəzifəsində çalışmışdı. 1970-ci ildən 1971-ci ilədək İran Şahənşah bankının sədri olmuşdu.Eyni zamanda baş nazirin iqtisadiyyat üzrə müşaviri vəzifəsini icra etmişdi. 1971-ci ildən 1972-ci ilədək İran Dünya Bankına başçılıq etmişdi. 1972-ci ildən 1973-ci ilədək IMF-nin direktoru olmuşdu.1973-ci ildən 1976-cı ilədək İranın Mərkəzi Bankına rəhbərlik etmişdi.
Məhəmməd Yeganə daha sonrakı illərdə dövlət naziri, OPEK-də nümayəndə vəzifələrində olmuşdu.1977-ci ildə İranın Plan və Büdcə naziri vəzifəsində çalışmışdı. 1977-ci ildən 1979-cu ilədək İranın İqtisadiyyat və Maliyyə naziri olmuşdu.
Məhəmməd Yeganə 1979-cu ildə İslam inqilabından sonra ABŞ-yə mühacirət etmişdi. 1980-ci ildən 1985-ci ilədək Kolumbiya Universitetində iqtisadiyyat professoru vəzifəsində çalışmışdı.
Məhəmməd Yeganə 18 dekabr 1995-ci ildə Vaşinqton şəhərində vəfat edib.