Məhərrəm Məmmədyarov — Vikipediya
Məhərrəm Məmmədyarov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Yaycı, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR |
Vəfat tarixi | (97 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | Elmar Məmmədyarov |
Elm sahəsi | neft kimyası |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adları | akademik, AMEA-nın həqiqi üzvü |
İş yeri | Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları | |
Məhərrəm Əli oğlu Məmmədyarov (17 oktyabr 1924, Yaycı, Naxçıvan MSSR – 2 yanvar 2022, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2001), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2009).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Məhərrəm Məmmədyarov 17 oktyabr 1924-cü ildə Naxçıvan MSSR Yaycı kəndində (indiki Culfa rayonunda) anadan olmuşdur[2]. 1941-ci ildə Naxçıvan Pedagoji Texnikumu bitirmişdir. 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak etmişdir, 12 medal və ordenlərlə mükafatlanmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirmişdi. 1953–1955-ci illərdə Azərbaycan SSR Azərbaycan Milli Elmlər Akademiyası Kimya İnstitutunda elmi katib, 1955–1959-cu illərdə SSRİ EA Nikolay Zelinski adına Üzvi Kimya İnstitutunda baş elmi işçi, 1959–1969-cu illərdə Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir. 1973–1979-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan regional elmi mərkəzinin rəhbəri idi. 1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon qazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. 1975–1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) dərs demişdir. 1981-ci ildən 1994-cü ilə qədər şöbə müdiri, 1994-cü ildən 2002-ci ilə qədər isə Azərbaycan EA Mikrobiologiya İnstitutunun direktoru işləmişdir. 1969-cu ildən Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləmişdir.[3][4]
Məhəmməd Məmmədyarov 2 yanvar 2022-ci ildə 97 yaşında vəfat etmişdir.[5] İkinci Fəxri Xiyabanda dəfn olunub.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Atası Əli Məmmədyarov, anası isə Cəvahir xanım Kəlbalıxanovadır. Fuad İbrahimbəyovun qızı İzida xanım İbrahimbəyova ilə evlidir. Ayaz Məmmədyarov və Elmar Məmmədyarovun atasıdır.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Tədqiqat apadığı üzvi kimya, neft kimyası, neft kimyavi biotexnologiyalar sahələri alimin fəaliyyətində xüsusi yer tutur. Vinilxloridin toplu miqyasda qaynar katolizatorun layında etilenin xlorlaşdırılması üsulu ilə alınması onun rəhbərliyi altında həyata keçirilmişdir. Həmçinin hərbi spesifikasiyasının tələblərinə uyğun – neft karbohidrogenlərin mikrobioloji çevrilmələri – sintetik efir yağlarının yeni növlərinin sintezi həyata keçirilmişdi. Bundan əlavə, nefti oksidləşdirən mikroorganizmlərin fizioloji fəaliyyətinin istifadəsi əsasında layların hasilatının artırılması üçun biotexnologiya işlənib hazırlanmışdı. Bu üsul Abşeronun bir sıra neft yatağlarında tətbiq edilmişdir.
Məmməd Məmmədyarov müxtəlif illərdə keçirilən konfrans, simpozium və qurultaylarda elmi məruzələrlə beynəlxalq, ümumittifaq və respublika səviyyəli konfranslarda çıxış edərək, ümumi və tətbiqi kimya, neft kimyası, kataliz, polimerlər, epoksid birləşmələri, ümumi biotexnologiya, kimya və neftkimya biotexnologiyasına aid məlumatlar vermişdir.
Məmmədyarov elmi-tədqiqat işləri ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə bir sıra xarici ölkələrdə (Rusiya, Misir, Çexoslovakiya, Rumıniya, Meksika, Türkiyə, Fransa) elmi ezamiyyətdə olmuşdur.
Alimin elmi tədqiqatlarının nəticələri 5 monoqrafiya, 39 patent və müəlliflik şəhadətnəmələri, 500-ə qədər elmi məqalə və 60-dan artıq ixtirada öz əksini tapmışdır. M.Məmmədyarov 6 elmlər doktoru və 21 elmlər namizədi yetişdirmişdir.
Elmi-təşkilati fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Akademik M.Məmmədyarovun yaradıcılığında elmi-təşkilatçılıq fəaliyyəti əhəmiyyətli yer tutur.
- 1975–1980-ci illərdə zərif üzvi sintez üzrə SSRİ MEA-nın Elmi Şurasının üzvü;
- 1975–1980-ci illərdə Naxçıvan MR üzrə "Bilik" cəmiyyətinin sədri;
- ümumittifaq "Bilik" cəmiyyətinin təftiş komissiyasının üzvü;
- Respublika "Bilik" cəmiyyətinin kimya və biologiya elmlərinin təbliği şöbəsinin sədr müavini;
- 1992–1993-cü illərdə "Neft kimyası" ixtisası üzrə namizədlik və doktorluq elmi dərəcələrinin verilməsi üzrə Y.H.Məmmədəliyev adına NKPİ-də İxtisaslaşmış Şuranın sədri.
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- I dərəcəli Vətən Müharibəsi ordeni
- Azərbaycan SSR Dövlət mükafatı Laureatı (1980)
- SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə faşist-alman işğalçıları ilə mübarizədə göstərdikləri cəsarət, möhkəmlik, şücaətə görə və 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 40 illiyi şərəfinə "I dərəcəli Vətən Müharibəsi" ordeni (1985)
- Ətraf mühitin qorunması və təbiətdən istifadə problemləri sahəsində keçirilmiş baxış-müsabiqənin ən yaxşı işinin qalibi kimi Respublika elmi-iqtisadi cəmiyyətinin İdarə Heyətinin Fəxri Fərmanı (1987)
- "SSRİ-nın Silahlı Qüvvələrinin 70 ili" medalı (1988)
- Y.H.Məmmədəliyev adına medal (1995)
- Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2005)
- Elm və texnika sahəsində əldə etdiyi nailiyyətlərə görə İslam Ölkələri İqtisadi İnkişaf təşkilatının "OGS" qızıl medalı və diplomu (2006)
- Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adı (2009)
- Y.H.Məmmədəliyev adına mükafat (2014)
- Azərbaycan Respublikasının "Şərəf" ordeni (2014)
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2019)
Bəzi elmi işləri
[redaktə | mənbəni redaktə et]- М.А. Мамедъяров Химия синтетических масел[ölü keçid] — Ленинград: Химия, 1989. — С. 240.
- М.А. Мамедъяров, Ф. Х. Алиева Химическая структура и вязкостно-температурные свойства эфиров алкенилянтарных кислот.mht (рус.) // Химия и технология топлив и масел. — ООО "ТУМА ГРУПП", 2009. — С. 24–27. — ISSN 0023–1169.
- М.А. Мамедъяров, Г. Н. Гурбанов, Ф. А. Кули-заде Влияние химической структуры на вязкостно-температурные и термоокислительные свойства эфиров циклических полиолов (рус.) // Нефтехимия. — 2008. — Т. 48. — С. 395–400.
- М.А. Мамедъяров, Ф. Х. Алиева Влияние химической структуры на смазывающую способность эфиров гексенилянтарной кислоты (рус.) // Нефтехимия. — 2008. — Т. 48. — С. 278–280.
- М.А. Мамедъяров, Гурбанов Г.Н., Кулизаде Ф.А. Термоокислительная стабильность эфиров циклических многоатомных спиртов (рус.) // Химия и технология топлив и масел. — 2009. — С. 36–39.
- M.A. Mamedyarov, F. Kh. Alieva Study of the interrelation between the chemical structure and stability of synthetic oils based on alkenylsuccinic acid esters[ölü keçid] (ingl.) // Petroleum chemistry. — Springer. — V. 48. — P. 238–240.
- M.A. Mamedyarov New ester base stocs for synthetic oils (ingl.) // Chemistry and Technology of Fuels and Oils. — 1992. — P. 26–28.
- M.A. Mamedyarov, G. N. Gurbanov, V. A. Kuli-Zade Thermooxidative stability of cyclic polyhydric alcohol esters (ingl.) // Chemistry and Technology of Fuels and Oils. — 2008. — V. 44. — P. 858–860.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-18.
- ↑ "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
- ↑ http://www.nkpi.az/?page=addread&id=493[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2019-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-18.
- ↑ "Akademik Məhərrəm Məmmədyarov vəfat edib". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-02.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Магеррам Али оглы Мамедъяров
- [Neft-Kimya Prosesləri İnstitutu]