Məmməd Tağıyev — Vikipediya
Məmməd Tağıyev | |
---|---|
Məmməd Tağı oğlu Tağıyev | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | dilçi |
Elmi dərəcəsi | filologiya elmləri doktoru (1966) |
Elmi adı | professor |
İş yeri | BDU Müasir rus dili kafedrası |
Mükafatları | «Qırmızı əmək bayrağı», «Qırmızı ulduz» ordenləri və medallar, Əməkdar elm xadimi |
Məmməd Tağı oğlu Tağıyev (28 aprel 1921 – 1994) — Azərbaycan filoloqu, filologiya elmləri doktoru, professor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Məmməd Tağıyev 28 aprel 1921-ci ildə anadan olmuşdur. O, 1954-cü ildə Moskva şəhərində namizədlik, 1966-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə professor elmi adı almışdır.
Məmməd Tağıyev 1963–1970-ci illərdə BDU-da Rus dilçiliyi kafedrasının müdiri, 1970–1972-ci illərdə Bakı Slavyan Universitetinin rektoru, 1972–1994-cü illərdə Müasir rus dili kafedrasının müdiri olmuşdur.
Məmməd Tağıyev "Qırmızı əmək bayrağı", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir. O, Respublikada rusistikanın təməlini qoymuş və rus dilçiliyi sahəsində elmlər doktoru adım almış ilk azərbaycanlıdır.
Məmməd Tağıyev rus dilçiliyi problemlərinə dair ümumittifaq elmi konfranslarında, SSRİ Müəllimlərinin III Qurultayında (Moskva, 1978) məruzələr etmişdir. O, rusistikanın leksikologiya, leksikoqrafiya, frazeologiya, frazeoqrafiya, fonologiya, dil tarixi, sintaksis və linqvometodika kimi sahələrində 200-ə yaxın elmi əsərin, milli məktəblərdə rus dilinin tədrisi məsələlərinə dair tədqiqatların, Azərbaycan məktəbləri üçün rus dili dərsliklərinin müəllifidir. Məmməd Tağıyev elmi kadrların hazırlanmasında böyük xidməti olmuşdur. Məmməd Tağıyev 1981-ci ildə Əməkdar elm xadimi adına layiq görülmüşdür.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bakı Dövlət Universitetinin professorları. — Bakı, 2014