Məryəm Sultan — Vikipediya
Məryəm Sultan | |
---|---|
Məryəm Sultan Şah Təhmasib qızı Səfəvi | |
1551 – 1608 | |
1579 – 1608 | |
Əvvəlki | Xeyrənnisə Sultan |
Sonrakı | Zeynəb Sultan Səfəvi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qəzvin, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | İsfahan, Səfəvilər dövləti |
Dəfn yeri | Məşhəd |
Atası | I Təhmasib |
Anası | Hurixan xanım |
Həyat yoldaşları | 1.Xan Əhməd Gilani 2.Yəzd Nurani |
Uşaqları | oğlu Şahzadə Sərdar mirzə qızı: Yaxşən sultan (hər ikisi Xan Əhməddən) |
Dini | Şiə (İslam) |
Elmi fəaliyyəti | |
Tanınır | naibə |
Məryəm Sultan (tam titulu: Ülyacənab, Naibəyi-Nəvvabi Səfəviyyə Məryəm Sultan Səfəvi) — Səfəvi hökmdarı I Təhmasibin və Hurixan xanımın qızı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Məryəm Sultan 1551-ci ildə Qəzvində doğulmuşdur. Anası Hurixan xanım saray intriqalarında yer almayan bir qadın idi. Şah Təhmasib Qəzvinə səyahətə gedərkən sarayda ona vurulmuş və hərəminə daxil etmişdi. Hələ paytaxt Qəzvin olmadan əvvəldə də Məryəm Sultan anası ilə birgə orada yaşayırdı. 1555-ci ildə dövlətin rəsmi paytaxtı Qəzvin olduqdan sonra Hurixan xanım da bu uzun xənədan mübarizəsinə qoşuldu. Sultanağa sultanla yaxın olan Hurixanxanım onun tərəfində yer almağa başladı. Bu təbii ki, Məryəm sultana da təsir edir, digər bacı-qardaşlarına yaxınlaşdırırdı. Məryəm sultana saray təlim-tərbiyəsi almışdı. Sonradan olan doğma bacısı Zeynəb də onun kimi bacarıqlı idi. Qamətli və gözəl bir xanım idi. Məryəm Sultan 2 evlilik etməsinə baxmayaraq dövlət işlərinə çox maraq göstərirdi. Birinci evliliyindən 2 övladı olmuş, ikincidənsə, övladı olmamışdır. 1608-ci ildə İsfahada yerləşən Mirvari sarayında vəfat etmiş. Məşhəddə məzara tapşırılmışdır.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Şah I Təhmasib vəfat etdikdən sonra sarayda vəziyyət dəyişdi. Pərixan Sultanın da böyük səyi ilə şah II İsmayıl taxta keçdi. Lakin Heydər mirzənin öldürüldüyü o "qanlı dövr"ün davamı Şah II İsmayılın zamanında pik həddə çatmışdı. Oğlan xənədan mənsubları qətlə yetirilir. Qızlar isə dustaq edilirdi. Bu dustaqlıqda Məryəm sultan və bacısı Zeynəb də var idi. Lakin Pərixan Sultan taxta çıxardığı II İsmayılı özü də taxdan endirdi. Bu zaman isə Məhəmməd mirzə və Məhdi Ülya meydana çıxdı.
Qardaşı Şah Məhəmməd Xudabəndənin zamanında Biyəpiş Gilan valisi Xan Əhmədlə evləndirildi. Əslində bu Xeyrənnisə Sultanın oyunudu idi. Bir il Gilanda qalan (kiçik bacısı Zeynəblə) Məryəm Sultan yenidən payitaxda dönür. Qızılbaş əmirləri onun tərəfinə keçirlər. Məryəm sultanın da iştirakı ilə Məhdi Ülya hərəmdə sui-qəsdlə öldürülür. Gələcəkdə şah olacaq Abbas mirzə bu edamı görsə də Məryəm Sultan onu ordan qaçırır. Abbas mirzə təsadüfən orda deyildi. Anası müddət əvvəl onu öz yanına çağırmışdı. 1 həftə qalandan sonra o yenidən Xorasana göndərildi. Məhəmməd Xudabəndə ovdan yeni qayıtmışdı əhvalat onun gözü önündə baş verdi lakin onun gözləri görmədiyindən heç nə edə bilmirdi. Sadəcə bütün xənədan nümayəndələrini paytaxdan qova bilir. Və dövlət işlərindən uzaqlaşır. Məhdi ülyaya yas saxlayır. Ölkə 2 böyük dövlətin mübarizə meydanına çevrilir. Bu vəziyyəti görən Məryəm sultan qızılbaşlarla birgə çevriliş edir və Şah Abbası taxta çıxardır. Özü isə ona validəlik (analıq) edir. Lakin Məhdi ülyanın bacısı Zibeydə sultan saraya gəlir və Məryəm sultana rəqib olur. Şah Abbas anasını öldürənlər arasında Məryəm sultanın olduğunu da bilir. Onu saraydan uzaqlaşdırır. Mirvari sarayında yaşayan Məryəm sultan anidən vəziyyəti pisləşir 1608 vəfat edir. Qəbri isə Məşhəddədir. 2-ci ərindən övladı olmamışdır. Birinci əri Əhməd dövlətə xəyanət edəndən sonra, Ruma getdi. Onun Məryəm Sultandan olan oğlu, Şah Abbasın hökmdarlığı zamanı atasının yerinə Gilan valisi təyin olundu. Məryəm Sultanın və Xan Əhmədin qız övladı Yaxşən Sultan Şah Abbasın ali hərəmi idi və ali hərəmxanada böyük nüfuza malik idi.