Məcid Kərimov — Vikipediya

Məcid Kərimov
18 aprel 2001 – 6 dekabr 2004
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
6 dekabr 2004 – 9 dekabr 2005
Əvvəlkivəzifə təsis edilib
SonrakıNatiq Əliyev
bayraq
"AzərKimya" Dövlət Şirkətinin Prezidenti
2005 – 2010
Şəxsi məlumatlar
Doğum tarixi 16 dekabr 1958(1958-12-16) (66 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti Neft-qaz, Neftkimya sənayesi
Elmi fəaliyyəti
Elm sahəsi Neft-qaz, Neftkimya
Elmi dərəcəsi Texnika elmləri doktoru.Professor

Təltifləri "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2008
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məcid Kərimov Zahid oğlu (16 dekabr 1958, Bakı) — Azərbaycanın dövlət və ictimai xadimi.

Azərbaycan Respublikasının yanacaq-energetika naziri (2001–2004).[1] Azərbaycan Respublikasının sənaye-energetika naziri (2004–2005).[2] Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti (2005–2010). Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı.[3] Professor,[4] texnika elmləri doktoru.[5] Azərbaycan Respublikasının əməkdar elm xadimi.[6]

Məcid Kərimov 1958-ci il dekabrın 16-sı Bakı şəhərində anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

1980–1989 – Neft və qaz sahəsi üzrə mühəndislik.

1989–1999 – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) sistemində fəaliyyət.

1999–2001 – ARDNŞ-in "Dənizneftqazlayihə"-nin direktoru.

2001–2004 – Azərbaycan Respublikasının yanacaq-energetika naziri.

2004–2005 – Azərbaycan Respublikasının sənaye-energetika naziri.

2005–2010 – Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti.

2006–2010 – Azərbaycan Respublikasının Milli Məclisin deputatı.

2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", "Bakı-Tibilisi-Ceyhan" və "Bakı-Tibilisi-Ərzurum" layihələrinin həyata keçirilməsi üzrə komissiyanın sədri olmuşdur.[7] "Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı"nın və "Azərbaycan Respublikasının alternativ və bərpa olunun enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın işlənib hazırlanmasına rəhbərlik etmişdir.

Beynəlxalq Mühəndislər Akademiyasının akademikidir.[8]

200-dən çox elmi əsərin, 10 monoqrafiya və 10-dan çox ixtiranın müəllifidir.

Evlidir, 2 övladı var.

  1. [1] Arxivləşdirilib 2017-12-11 at the Wayback Machine Azərbaycan Respublikasının yanacaq-energetika naziri.
  2. [2] Arxivləşdirilib 2019-10-09 at the Wayback Machine Azərbaycan Respublikasının sənaye-energetika naziri.
  3. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine (az.)
  4. https://commons.wikimedia.org/wiki/Fayl:Professor_Diploma.jpg
  5. https://commons.wikimedia.org/wiki/Fayl:Doctor%27s_Diploma.jpg
  6. "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-14.
  7. "Arxivlənmiş surət". 2018-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-14.
  8. https://commons.wikimedia.org/wiki/Fayl:International_Academy_Diploma.jpg