Mədinə konstitusiyası — Vikipediya
Mədinə konstitusiyası (ərəb. دستور المدينة) və ya Ümmət sənədi[1] — islam peyğəmbəri Məhəmmədin Mədinədə yaşadığı dövrdə qəbilə işləri ilə bağlı sənədlər toplusu.[2] "Mədinən konstitusiyası" termini ümumiyyətlə qeyri-dəqiq hesab olunur, çünki mətn nə yeni vəziyyət qurmuş, nə də "Quran"ın qanunlarını qəbul etmişdir.[3] Orijinal sənədlər itmişdir, lakin onların məzmununun ilk olaraq İbn İshaq tərəfindən "Allahın rəsulunun həyatı" əsərində, daha sonra isə Əbu Übeyd Qasim ibn Səllamın "Kitab əl-Əmval" əsərində əhatə edilmişdir.[1] İbn İshaq sənədlərin həqiqiliyini təsdiq etmək üçün heç bir dəlil təqdim etməmişdir,[4] nə də onların aşkar edilməsinin təfərrüatlarını və ya bu sənədlərin tam olaraq necə və nə vaxt qüvvəyə mindiyini açıqlamamışdır.[5]
Buna baxmayaraq, həm Qərb, həm də islam dünyasının alimləri mətnin həqiqiliyini geniş şəkildə qəbul edirlər. Bu qəbul onun qeyri-müsəlmanları da əhatə etməsinə və Qureyş qəbiləsini (bütün xəlifələrin mənşəyi) tanrının düşməni kimi göstərməsinə əsaslanır. Bu fikir sonrakı islam dövrlərinə uyğun gəlmir. Digər amillərə mətnin qavranılan arxaik üslubu, onun yalnız müasirləri tərəfindən başa düşülə biləcəyi ehtimal edilən izah olunmayan eyhamların çoxluğu və inkişaf etmiş islam normalarından daha çox qəbilə hüququna açıq meyli daxildir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Bellahcene, Yahia. La Şaḥīfa de Médine (VIIe siècle): une reflecture critique. Gorgias Press. 2021.
- Ben-Zvi, Yitzhak. The Exiled and the Redeemed. Jewish Publication Society, 1957
- Donner, Fred M. "Muhammad's Political Consolidation in Arabia up to the Conquest of Mecca". Muslim World 69: 229–47, 1979.
- Guillaume, A. The Life of Muhammad: A Translation of Ibn Ishaq's Sirat Rasul Allah. Oxford University Press, 1955. ISBN 0-19-636033-1
- Hamidullah, Muhammad. The First Written Constitution in the World: An Important Document of the Time of the Holy Prophet, 3rd. ed. 1975, Ashraf Press; Lahore, Pakistan.
- Peters, Francis E. Muhammad and the Origins of Islam. State University of New York Press, 1994. ISBN 0-7914-1875-8
- Walker, Adam, "Constitution of Medina", in Muhammad in History, Thought, and Culture: An Encyclopedia of the Prophet of God (2 vols.), Edited by C. Fitzpatrick and A. Walker, Santa Barbara, ABC-CLIO, 2014, Vol I, pp. 113–115.
- Yildirim, Yetkin. "Peace and Conflict Resolution in the Medina Charter", Peace Review, Vol. 18, Issue 1, 2006, pp. 109–117.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Full text with alternate translations
- The Constitution of Medina