Mərcan rifi — Vikipediya
Mərcan rifi-— kolonial mərcan poliplərinin həyat fəaliyyəti nəticəsində və əhəngli yosunların, foraminiferlərin iştirakı ilə okean və dənizlərdə yaranmış qurğular.[1]
Mərcan rifləri isti suların- ekvatorial və tropik enliklərin, demək olar ki, bütün ada və materik sahillərini haşiyələyir. Riflərdə qazıntı halında karbonatlı süxurlara da rast gəlinir.
Mərcan riflərinin dominant orqanizmləri kalsium karbonatdan yaranmış, xarici skeletdən ibarət daş mərcanlar və kolonik işçilərdir. Skelet materialları dalğaların hərəkəti və bio-eroziya ilə əlaqədar parçalanıb, yığılaraq mərcanlar, müxtəlif heyvan və bitkilərin yaşaması üçün kalsiumlu bir forma meydana gətirir.
Mərcan qayalığı okeanların səthinin təxminən bir hissəsini əhatə edir. Xüsusilə Sakit okeanda tropik sularda dayaz dərinliklərdə yerləşir. Lakin dərin və soyuq su mərcanları da kiçik miqyasda yerləşmişdir. Mərcan rifləri dünyanın ən zəngin və ən müxtəlif ekosistemlərindəndir.
Mərcan rifi tipləri
[redaktə | mənbəni redaktə et]Mərcan rifi xüsusiyyətlərinə görə üç tipə bölünür:
Sahil rifləri
[redaktə | mənbəni redaktə et]Sahil rifləri bilavasitə materikin və ya adanın çəkilmə zolağından başlanaraq, onu terras şəklində haşiyələyir. Çay mənsəbləri və manqır cəngəlliklərində onların sahələrinin arası kəsilir.
Sədd rifləri
[redaktə | mənbəni redaktə et]Sədd rifləri sahildən bir qədər aralı, sahilə paralel yerləşərək, ondan dayaz laquna ilə ayrılır.
Sualtı və ya dib rifləri
[redaktə | mənbəni redaktə et]Sualtı və ya dib rifləri okean və dəniz dayazlıqlarında əmələ gəlmiş və su səviyyəsindən aşağıda yerləşən mərcan rifləridir. Belə riflər gəmiçilikdə böyük təhlükələrin yaranmasına səbəb olur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Böyük sədd rifi[ölü keçid]
- Karibdəki mərcan rifləri yastılaşıb
- Sakit okeanın mirvarisi - Marşal adaları
İstinad
[redaktə | mənbəni redaktə et]- ↑ Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.