Mahir Muradov — Vikipediya
Mahir Muradov | |
---|---|
Mahir Cümşüd oğlu Muradov | |
16 oktyabr 2012 – 5 yanvar 2023 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 iyul 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 2023 (67 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | hakim |
Mahir Cümşüd oğlu Muradov (25 iyul 1956, Bakı – 5 yanvar 2023, Bakı) — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Həyatı
[redaktə | mənbəni redaktə et]Mahir Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1973-cü ildən başlamışdır. Həmin ildən 1979-cu ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışmışdır.
1979-cu ildən 1983-cü ilədək "Xəzərneftqazdonanma" İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildən başlayaraq 2012-ci ilədək Prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləmişdır.
2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışmışdır.
16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir, üç övladı var.
5 yanvar 2023-cü ildə vəfat etmişdir.