Mais Əsədov — Vikipediya
Mais Əsəd oğlu Əsədov | |
---|---|
Digər adı | Qəmlo |
Doğum tarixi | |
Doğum yeri | Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Divanalılar, Füzuli rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Atası | Əsəd Əsədov |
Milliyyəti | Azərbaycanlı |
Mükafatları |
Mais Əsədov və ya Qəmlo (tam adı: Mais Əsəd oğlu Əsədov; d. 1 may 1970, Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ – ö. 4 aprel 1993, Divanalılar, Füzuli rayonu, Azərbaycan) — Qarabağ müharibəsi iştirakçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mais Əsədov 1970-ci il mayın 1-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur.[1] Mais Əsədov kənddə orta məktəbi bitirdikdən sonra 1988–1990-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdu.[1]
Qarabağ müharibəsi və döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]O, Qarabağ müharibəsi zamanı 40-dan çox döyüş və kəşfiyyat əməliyyatında iştirak etmişdir.[1]
Ölümü
[redaktə | mənbəni redaktə et]1993-cü il aprel ayının 4-ü düşmən artıq Divanalılar kəndində evləri yandırmağa başlamışdı. Üç saat çəkən döyüşdən sonra ermənilər itki verərək işğal etdikləri kəndi tərk etdilər. Mais Əsədov başda olmaqla bizim döyüşçülər kəndə daxil oldular. Bu vaxt Azərbaycanın "Qrad" artilleriya qurğuları səhvən öz mövqelərini atəşə tutdular. Mais Əsədov silahdaşları ilə birgə atəş mövqeyindən kənarlaşmaq üçün Ağamurad təpəsinin önündə yerləşən Ağoğlan çayına döğru çəkilməli oldu. Erməni snayperi Ağamurad təpəsində mövqe tutmuşdu. Əsədov, öz döyüşçülərini yenidən irəli səsəmək üçün ayağa qalxaraq "İrəli! Qırın bu it uşağını!"- qışqıraraq nərə çəkdi. O, lakin düşmən gülləsinə tuş gəldi.[2]
Subay idi.[1]
Azərbaycan xalqı arasında "Qəmlo" kimi tanınırdı.[1]
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]2003-cü il iyun ayının 24-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 "Kərim Kərimli: XATIRLA MƏNİ!". www.azpress.az. www.azpress.az. Archived from the original on 2023-07-27. İstifadə tarixi: 30 iyun 2016.
- ↑ ""Qarabağ qazisi olmaq mənim üçün şərəfdir"". karabakhinfo.com. karabakhinfo.com. Archived from the original on 2023-07-27. İstifadə tarixi: 20 iyul 2016.