Manoel adası — Vikipediya

Manoel adası
malta Il-Gżira Manoel
Ümumi məlumatlar
Sahəsi 0,03 km²
Hündür nöqtəsi 17 m
Əhalisi 0 nəfər (2017-ci il)
Yerləşməsi
35°54′18″ şm. e. 14°29′40″ ş. u.HGYO
Ölkə  Malta
Akvatoriya
Manoel adası xəritədə
Manoel adası
Manoel adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Manoel (malta Il-Gżira Manoel) — Malta arxipelaqına daxil olan ada. Aralıq dənizinin suları ilə əhatələnir. VallettaQzira şəhərləri arasında qərarlaşır. İnzibati olaraq Gzira bələdiyyəsinə aiddir.

Manoel adası düz, yüksək, bir ağacın yarpağına bənzəyir. Marsamxett limanının mərkəzində, Lazaretto körfəzinin şimalında və Sliema körfəzinin cənubunda yerləşir. Manoel Malta adasına körpü ilə bağlanır. Bütün adanı paytaxt Valletta bastionlarından görmək olar[1].

1570-ci ildə ada Mdina kafedral başçısı tərəfindən alındı, Malta yepiskopunun mülkünə çevrildi. Buna görə l'Isola del Vescovo (malta Il-Gżira tal-Isqof) adı verildi. Bu isə malta dilindən tərcümədə "Yepiskop adası" deməkdir.

Lazaretto

1592-ci ildə vəba yayıldıqdan sonra Lazaretto adı verilən bir karantin xəstəxanası inşa edildi. Xəstəxana taxta daxmalardan ibarət idi. Xəstəlik durduqdan bir il sonra xəstəxana söküldü. 1643-cü ildə Malta Ordeninin Böyük Ustası Cean de Laskariskin dövründə adanı Rabatda olan kilsə ilə dəyişdirdilər. Gəmilərdə olan vəba və xoleranın dövri axınına nəzarət etmək məqsədi ilə köhnə adı Lazaretto altında yeni daimi bir xəstəxana quruldu. Əvvəlcə karantin gəmilərindən gələn sərnişinlərin çatdırıldığı bir karantin mərkəzi kimi istifadə edildi. Sonradan Masters Kotone, Karafe və de Villena hakimiyyəti dövründə xəstəxanda vəziyyət yaxşılaşdırıldı[2].

Fort Manoel

1723-cü ildən 1733-cü ilədək adada Böyük Magistr Antonio Manoel de Villenanın əmri ilə onun şərəfinə yeni bir qala inşa edildi. Adanın adı da ustanın şərəfinə dəyişdirilmişdir. Fort Manoel 18-ci əsr hərbi texnikalarının tipik bir nümunəsi hesab olunur, orijinal planları Rene Jacob de Tigneyə aiddir və onun bir dostu və həmkarı Şarles Francois de Mondion tərəfindən dəyişdirildiyi. Fortda dördkünc bir həyət, bir mərasim platforması həmçinin Paduanın Müqəddəs Antonioya həsr olunmuş barok kilsəsi vardır. Britaniya hakimiyyəti dövründə Lazarettodan istifadəyə davam etdildi. 1837 və 1838-ci illərdə Sir Henri Buveri qubernatorluğu dövründə genişləndi. Bir müddət qoşun saxlamaq üçün istifadə edildi, ancaq 1871-ci ildə yenidən bir xəstəxanaya çevrildi. 19-cu əsrdə adaya çatdırılan poçtlardan xəstəliklərin yayılmasının qarşısını almaq üçün əvvəlcə Lazaretto xəstəxansında dezinfeksiya edildi.

İkinci Dünya Müharibəsi illərində Malta mühasirədə olan zaman Manoel Adası və qalası 10-cu Kral Dəniz Donanması Flotillasının dəniz bazası olaraq istifadə edildi. Bu zaman "HMS Talbot" və ya "HMS Phnicnicia" gəmiləri burada saxlanıldı . Müqəddəs Antoniyo kilsəsi Lüftvaffe bombardmançılarının 1942-ci ilin martında birbaşa zərbəsindən sonra dağıdıldı. Müharibədən sonra ada tərk edildi. İllərlə qala və Lazaretto istifadə edilmədi və zamanla çökdü[3].

  1. "Manoel Island". Local Councils' Association. 7 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2014.
  2. Muscat, Ben. "Brief history of the lazaretto (1)". Times of Malta. 27 October 2008. 26 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2014.
  3. Said, Frans H. "Brief history of the lazaretto (2)". Times of Malta. 27 oktyabr 2008. 5 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2014.