Maraş döyüşü — Vikipediya

Maraş döyüşü
Türkiyə Qurtuluş Savaşı
Tarix 21 yanvar 1920 — 12 fevral 1920
Yeri Qəhrəmanmərəş ili
Səbəbi Türk torpaqlarının azadlığı
Nəticəsi Türkiyə qələbəsi
Ərazi dəyişikliyi Maraşın Türkiyə tərəfindən azad edilməsi
Münaqişə tərəfləri

Qüvayi-milliyə

Fransa
Erməni Legionu

Komandan(lar)

Arslan Bəy
Qılınc Əli Bəy

General Xuerette
Podpolkovnik Robert Normand
Mayor Korneloup
Kapitan Piyerre-Jan Daniel Andre

Tərəflərin qüvvəsi

30.000 (mülki milislər də daxil olmaqla)

45.000

İtkilər

4.000 ölü

6.500 ölü
280 yaralı
170 itkin
300 ağır yaralı

Maraş döyüşü (türk. Maraş muharebesi, fr. Bataille de Maras) və ya Maraşın müdafiəsi (türk. Maraş savunması, fr. Défense Maras) — Birinci Dünya Müharibəsində məğlub olduğuna görə, Osmanlı İmperiyası ilə 1918-ci ilin oktyabr ayının 30-da imzalanan Mudros müqaviləsi[1] çərçivəsində Anadolunun çox hissəsi kimi Maraşın da işğal edilməsi ilə işğalçı qüvvələrə qarşı Fransa–Türkiyə müharibəsi zamanı 1920-ci ilin Yanvar ayının 21-də başlayan və 1920-ci ilin fevral ayının 12-də tarixində işğalın ortadan qalxması ilə nəticələnən döyüş. 

Südçü İmam Hadisəsi

[redaktə | mənbəni redaktə et]

Döyüşün ilk qığılcımı 1919-cu ilin Oktyabr ayının 31-də Südçü İmam Hadisəni idi. Ermənifransız legionu əsgərləri Uzunoluq Hamamından çıxan örtüklü türk qadınlarına əl uzatmaları nəticəsində qiyam qaldıran türklər, ermənilərəfransızlara hücum etməyə çalışsalar da ermənifransız əsgərləri, hadisəyə müdaxilə etmək istəyən Çaxmaqçı Səidi yaraladılar[2]. Südçü İmamın cavabı, ermənifransız əsgərlərinə atəş açmaq idi. Bu hadisədən qısa müddət sonra bir dava reallaşdı.[3]

Bayraq Hadisəsi

[redaktə | mənbəni redaktə et]

1919-cu ilin Noyabr ayının 27-də Aqop Hırlakyan adlı bir erməninin evində fransız komandir üçün bir rəqs tərtib edilmişdir. Komandirin rəqsə dəvət etdiyi erməni qızın "Sizinlə rəqs edə bilmərəm. Çünki özümü əsarətdə hiss edirəm. Qalada türk Bayrağı dalğalandığı müddətcə, sizinlə rəqs edə bilmərəm" deyərək təklifini qəbul etməmişdir. Bu hadisədən sonra qaladakı türk bayrağı endirilmişdir. Maraş döyüşü fransızların şəhərin qalasındakı türk bayrağını endirmələri, günahsız insanları öldürmələri və həbs etmələri narahatçılığı artırdı. Ulu Məscid İmamı Rıdvan Müəllimin "Qalasında bayrağı dalğalanmayan ölkədə cümə namazı qılınmaz!" cümləsi, əhalidəki fransızlaraerməni işğalçılarına qarşı olan nifrəti oyandırdı və üsyana çağırdı. Qalaya hücum edən Maraş əhalisi, içəridəki fransız əsgərlərini təsirsiz hala gətirib türk bayrağını yenidən qaldırdılar. Bundan sonra 72 gün ərzində şəhərin hər yanında qarşıdurmalar baş verdi. Döyüş əsnasında yaşanan ən böyük toqquşma Türkoğlu Müdafiəsi idi. Afşin və Əlbistandan da əhəmiyyətli dərəcədə kömək göndərilmişdir[4]. Daha sonra fransızlar 1920-ci ilin Fevral ayının 11-də şəhəri tərk etdilər[5]. Fransızlar İslahiyə yolunda Kuva-yi Milliyə (Milli Qüvvələr) hücumlarına məruz qaldı. Bu hücumlarda Fransa əsgərləri 200-ə yaxın itki verdi.

  1. "Arxivlənmiş surət". 2004-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  2. "Kahramanmaraş Sütçü İmam Üniversitesi". 2010-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  3. Alim Öztürk (2007). "Türkiyə Cumhurriyəti İnqilab Tarixi və Atatürkçülüq 1". Milli Təhsil Nazirliyi Təhsil Texnologiyaları Ümumi Müdirliyi səhifə 26.
  4. "Arxivlənmiş surət". 2010-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  5. Mətin Özdamarlar (2009). "Milli And (1919-1921)". Timaş Çapevi. səhifə 26.
  6. "Arxivlənmiş surət". 2004-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  7. "Arxivlənmiş surət". 2004-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.