Mehman Yusifov — Vikipediya

Mehman Yusifov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tovuz rayonu, Azərbaycan SSR
Vəfat tarixi (41 yaşında)
Vəfat yeri Cəbrayıl rayonu, Azərbaycan
Dəfn yeri Tovuz rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Müdafiə Nazirliyi
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 1998—2000 / 2002—2020
Rütbəsi Baş gizir
Döyüşlər
Təltifləri "Qarabağ" ordeni — 2020
"Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Mehman Musa oğlu Yusifov (18 iyul 1979, Bayramlı, Tovuz rayonu5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlarda şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı

[redaktə | mənbəni redaktə et]

Mehman Musa oğlu Yusifov 18 iyul 1979-cu ildə Tovuz rayonunun Bayramlı qəsəbəsində anadan olub.[1] 1985–1996-cı illərdə E. Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb.

1998-ci ildə Tovuz Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 1998–2000-ci illərdə "N" saylı hərbi hissədə xidmət edib.

2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Gizir Hazırlığı Kursu"na qatılıb. Müdafiə Nazirliyinin 10 iyul 2002-ci il tarixli əmri ilə "gizir" hərbi rütbəsi verilib və Xüsusi Təyinatlı Qüvvələrin 052 nömrəli hərbi hissəsində xidmətə başlayıb.

Müdafiə Nazirliyinin 25 iyun 2013-cü il tarixli əmri ilə "baş gizir" hərbi rütbəsi verilib.

2002–2020-ci illərdə Xüsusi Təyinatlı Qüvvələrin 052 nömrəli hərbi hissəsində Rabitə Bölüyünün baş çavuşu, Mühafizə və Təminat Bölüyünün baş çavuşu və Maddi-Texniki Təminat Bölüyünün baş çavuşu vəzifələrində xidmət edib.

2016-cı ilin 2–5 aprelində Azərbaycan və Ermənistan arasında baş verən silahlı toqquşma zamanı cəbhənin Goranboy-Tərtər istiqamətlərində gedən hərbi əməliyyatlar zamanı döyüş tapşırığının icrasında fərqlənib.

2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı da fərqlənib. 05.10.2020-ci ildə Cəbrayıl rayonu istiqamətində şəhid olub. Doğulduğu Tovuz rayonunun Bayramlı qəsəbəsində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə[2], həmçinin "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.[3][4]

Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 9095 illiyi, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, həmçinin fəxri fərmanlarla da təltif edilib.

Evli idi, 2 oğlu və 1 qızı var.

  1. Müdafiə Nazirliyi. "Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların SİYAHISI" (PDF). www.e-qanun.az (az.)). 01.10.2022. 2022-09-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 01.10.2022.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli 2338 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli 2358 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli 2349 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.