Mehmetçik — Vikipediya
Mehmetçik (türk. Mehmetçik) — Osmanlı və Türkiyə ordularında xidmət edənə verilən addır. Sinonimi "əsgər"-dir.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Türkiyə Silahlı Qüvvələrinin rəsmi jurnalı olan Silahlı Qüvvələr Jurnalında Türkiyə əsgərləri üçün geniş şəkildə istifadə olunan Mehmetçik adının mənşəyi haqqında "1912-ci ilin yanvar ayında, Tripolitaniyada baş verən Tobruk müharibəsində Mehmet adlı əsgər şəhid olur. Onbaşı (on əsgərin komandiri) bu hadisədən xəbər tutanda zabitə dönüb: "Komandir Mehmet şəhid oldu!"-deyə qışqırır. Zabit də: "Vah, Mehmetçik, vah" — deyir. Zabiti eşidən əsgərlər də şəhid olan əsgərin adının Mehmetçik olduğunu zənn edib, "Mehmetçik şəhid oldu" deyə qışqırırlar. Ərəb əsgərlərdə Muhammedcik, Muhammedcik şəhid oldu" deyə qışqırırlar. Alay yazısı dəftərində: "İlk şəhidimiz Mehmet oldu" — deyə yazılır. O gündən etibarən şəhid olan, qazi olan amma adı bilinməyənlərin hamısına "Mehmetçik" deyildi" formasında izahat verilmişdir.[1] O hadisədən sonra Anadolu türkləri bütün əsgərlərə "Mehmetçik" deməyə başlamışdırlar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""VAH MEHMETÇİK, VAH"". 25 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2016.