Mişel Ferrero — Vikipediya

Mişel Ferrero
it. Michele Ferrero
Doğum tarixi
Doğum yeri İtaliya İtaliya, Dolyani
Vəfat tarixi (89 yaşında)
Vəfat yeri Monako Monako
Fəaliyyəti sahibkar, iş adamı

Mişel Ferrero (it. Michele Ferrero; 26 aprel 1925, Dolyani, İtaliya – 14 fevral 2015, Monako) — İtalyan iş adamı; "Ferrero" şirkətinin sahibi, şokolad və digər şirniyyat məhsulları istehsalçısı.

Mişel Ferrero 32 yaşında atasının yaratdığı şirkətə sahib olmuş və ömrünün sonuna qədər ona rəhbərlik etmişdir.[1] Onun rəhbərliyi altında məşhur "Nutella", "Kinder Chocolate", "Kinder Surprise", "Rafaello", "Ferrero Rocher", "Tic Tac" kimi brendlər yaranmışdır.[1]

İtaliyanın ən varlı adamı idi.[1] 2013-cü ildə "Forbes" jurnalı onun varidatının 23,4 milyard dollar olduğunu açıqlamışdır.[1]

Mişel Ferrero bir neçə aydır sürən xəstəlikdən sonra 89 yaşında - 14 fevral 2015-ci ildə Monakoda vəfat etmişdir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]