Mikayıl Rzaquluzadə — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mikayıl Rzaquluzadə | |
---|---|
Mikayıl Manaf oğlu Rzaquluzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
Mükafatları |
Mikayıl Manaf oğlu Rzaquluzadə (17 mart 1905, Bakı – 10 noyabr 1984, Bakı) — nasir, şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın qabaqcıl maarif xadimi (1968), əmək veteranı (1976). Ədəbi təxəllüsü otuzuncu illərdə "Mim-Re", "M.R.", "R. Mikayıl", sonralar "M. Rzaquluzadə" olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Birinci Azərbaycan Ali Pedaqoji İnstitutu nəzdində "A.Şaiq adına nümunə məktəbi"nə çevrildi. O, həmin məktəbin son sinfində ikən ekstern imtahan verib Ali Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olmuşdur. Bütün təhsil müddətində müvazi olaraq: Azərbaycan hərbiyyə-bəhriyyə komissarlığında rabitəçi (1920-1921), Bakı vilayət hərbi komissarlığında jurnalist (1922-1923), Bakıda Sabir adına kitabxanada və fəhlə rayonlarının kitabxanalarında kitabxanaçı, Bakı mərkəzi kitabxanasında kollektor müdiri, pedaqoji institut kitabxanasının müdir müavini, müdiri vəzifələrində işləmişdir (1926-1927). İnstitutu bitirdikdən sonra Gəncə pedaqoji texnikumunda, həm də fəhlə fakültəsində ədəbiyyat və pedaqogika-psixologiya müəllimi işləmişdir (1927-1931). Bu dövrdə Gəncə müəllimlər evində ədəbiyyat dərnəyinin rəhbəri, "Qızıl Gəncə" jurnalı redaksiya heyətinin və Azərbaycan Proletar Yazıçıları İttifaqı Gəncə şöbəsinin büro üzvü və s. ictimai işlərdə çalışmışdır. Moskvada İkinci Dövlət Universiteti yanında olan Pedaqoji Psixologiya-Pedologiya Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır (1931-1934).Eyni zamanda SSRİ Xalq Komissarları Şurası yanında qanun və qərarlar nəşriyyatının Azərbaycan şöbəsində tərcüməçi və stenoqrafiya kurslarında ədəbiyyat müəllimi işləmişdir. Bakıda Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda uşaq ədəbiyyatı sahəsində elmi işçi, Azərnəşrdə tərcüməçi və redaktor olmuş, qısa fasilələrlə "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında məsul katib, "Azərbaycanfilm" kinostudiyasında, Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətində baş redaktor, "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində çalışmışdır. Ədəbi fəaliyyətə 1923-cü ildə "Abdulla Şaiq" kitabçasında çıxan "Müəllim" şeiri ilə başlamışdır. İlk məqaləsi isə 1926-cı ildə "Maarif işçisi" jurnalında "Cocuq ədəbiyyatında üsul məsələsi" adı ilə dərc olunmuşdur. Müxtəlif mövzularda yazıb-yaratsa da, 1945-ci ildən başlayaraq bütün kitablarını uşaq və gənclər üçün nəzərdə tutmuşdur. Yaradıcılığında bədii tərcüməyə geniş yer vermişdir. Dünya və keçmiş SSRİ xalqlarının ədəbiyyatından tərcümələr etmişdir. "Gənclik" nəşriyyatının, "Göyərçin", "İnqilab və mədəniyyət" (sonralar "Azərbaycan") jurnalları redaksiya heyətinin, "Azərbaycan dilinin izahlı lüğəti"nin redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı qəbul komissiyasının üzvü olmuşdur. Ədəbiyyat sahəsində xidmətlərinə görə iki medal, üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Çuvaş MSSR Mədəniyyət Nazirliyinin və digər təşkilatların fəxri tərifnamələri ilə təltif edilmişdir.
1984-cü il noyabrın 10-da Bakıda vəfat etmişdir. Bakı küçələrindən birinə onun adı verilmişdir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Qaranquş yuvası. Bakı: Azərnəşr, 1945, 48 səh.
- Xanım Züleyxa.Bakı:Sevginəşr,1945,51səh
- El gücü. Bakı: Uşaqgəncnəşr, 1948, 104 səh.
- İstək. Bakı: Uşaqgəncnəşr, 1949, 103 səh.
- Özbək qızı Tara.Bakı:1952,43səh
- Sirli saz. Bakı: Uşaqgəncnəşr, 1955, 17 səh.
- Qu gölü. Bakı: Uşaqgəncnəşr, 1955, 144 səh.
- Ovçu Elişlə qoçaq Aytəkinin nağılları. Bakı: Uşaqgəncnəşr, 1956,
- Ölkənin çiçəkləri. Bakı: Uşaqgəncnəşr, 1962, 178 səh.
- Nəsillərdən nəsillərə (bircildlik seçilmiş əsərlər). Bakı: Azərnəşr, 1965, 495 səh.
- Salam Adil. Bakı: Maarif, 1966, 76 səh.
- Hekayələr. Bakı: Maarif, 1967, 16 səh.
- Dəniz nağılı. Bakı: Uşaqgəncnəşr, 1967, 16 səh.
- Baharın elçiləri. Bakı: Gənclik, 1968, 14 səh.
- Ürəkdə izlər. Bakı: Gənclik, 1969, 205 səh.
- Quş dili bilən Orxan. Bakı: Gənclik, 1972, 126 səh.
- Cücə getdi su içə. Bakı: Gənclik, 1973, 12 səh.
- Yaz günəşi (bircildlik seçilmiş əsərlər). Bakı: Gənclik, 1977, 268 səh.
- İlin yazı – elin sazı (şeirlər, poemalar, rəvayətlər və nağıllar). Bakı: Gənclik, 1981, 256 səh.
- Babəkin andı. Bakı
- Aqşinin andı. Bakı
Tərcümələri
[redaktə | mənbəni redaktə et]Farscadan və ruscadan tərcümələri
[redaktə | mənbəni redaktə et]- Nizami Gəncəvi. İsgəndərnamə (iqbalnamə). Bakı: Azərnəşr, 1941, 692 səh.
- Nizami Gəncəvi. İsgəndərnamə (iqbalnamə). Bakı: Azərnəşr, 1967, 720 səh.
- Y.Lebedinski. Həftə. Bakı: Azərnəşr, 1932, 98 səh.
- F.Panfyorov Brusski (II kitab). Bakı: Azərnəşr, 1933, 270 səh.
- T.Oldriç. Amerika məktəblisinin xatirələri. Bakı: Azərnəşr, 217 səh.
- R.Kiplinq. Mauqli. Bakı: Uşaqgəncnəşr, 1939, 116 səh.
- V.Mayakovski. Seçilmiş şeirlər və poemalar. Bakı: Usaqgəncnəşr, 1940, 328 səh.
- M.Şoloxov. Nifrət fənni. Bakı: Azərnəşr, 1942, 36 səh.
- F.Panfyorov. Gözümlə gördüklərim. Bakı: Azərnəşr, 1942, 92 səh.
- V.Bianki. Biz çoxuq. Bakı: Azərnəşr, 1943, 56 səh.
- V.Vasilyevskaya. Göy qurşağı. Bakı: Azərnəşr, 1947, 162 səh.
- V.Q.Belinski. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1948, 272 səh.
- İ.S.Turgenev. Ovçunun xatirələri. Bakı: Uşaqgəncnəşr, 1948, 96 səh.
- A.Düma. Üç muşketyor. Bakı: Azərnəşr, 1949, 336 səh.
- A.Darbni. Mən sovet vətəndaşıyam. Bakı: Azərnəşr, 1950, 84 səh.
- M.Qorki. Uşaqlar. Bakı: Azərnəşr, 1950, 24 səh.
- M.Qorki. Ədəbiyyat haqqında. Bakı: Uşaqgəncnəşr, 1950, 152 səh.
- C.Svift. Emanuel Qulliverin səyahəti. Bakı: Azərnəşr, 1950, 324 səh.
- S.Üstüngəl. Zindanda və "azadlıqda". Bakı: Azərnəşr, 1951, 156 səh.
- L.Tolstoy. Dirilmə. Bakı: Azərnəşr, 1951, 292 səh.
- İ.S.Turgenev. Atalar və oğullar. Bakı: Azərnəşr, 1952, 224 səh.
- İ.S.Turgenev. Rudin. Bakı: Uşaqgəncnəşr, 1952, 192 səh.
- İ.S.Turgenev. Ərəfə. Bakı: Uşaqgəncnəşr, 1953, 268 səh.
- A.İ.Gertsen. Kimdir müqəssir. Bakı: Azərnəşr, 1954, 265 səh.
- A. Korneyçuk. Eskadranın məhvi. Bakı: Azərnəşr, 1954, 148 səh.
- V.Latsis. Balıqçı oğlu. Bakı: Azərnəşr, 1954, 560 səh.
- H.Andersen. Nağıllar və rəvayətlər. Bakı: Usaqgəncnəş, 1956, 176 səh.
- A.Barto. Ağlağan qız. Bakı: Uşaqgəncnəşr, 1956, 13 səh.
- C.London. Hekayələr. Bakı: Uşaqgəncnəşr, 1957, 116 səh.
- Z.AIeksandrova. Güllü paltar. Bakı: Uşaqgəncnəşr, 1958, 18 səh.
- H.Heyne. Seçilmiş şeir və poemalar. Bakı: Azərnəşr, 1958, 315 səh.
- R.Nuri Güntəkin. Çalı quşu. Bakı: Uşaqgəncnəşr, 1959, 416 səh.
- C.Rodari. Çippolino. Bakı: Uşaqgəncnəşr, 1960, 232 səh.
- S.Mixalkov. Bəs sizdə nə var? Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
- P.Svirka. Ana torpaq. Bakı: Azərnəşr, 1961, 208 səh.
- F.Şiller. Vilhelm Tell. Bakı: Uşaqgəncnəşr, 1962, 192 səh.
- K.İvanov. Narspi. Bakı: Uşaqgəncnəşr, 1962, 66 səh.
- H.Andersen. Düyməcik. Bakı: Azərnəşr, 1962, 24 səh.
- A.I.Gertsen. Kimdir müqəssir? Bakı: Azərnəşr, 1962, 252 səh.
- H.Andersen. Qar kraliça. Bakı: Uşaqgəncnəşr, 1963, 56 səh.
- A.Tolstoy. Mühəndis Qarinin hiperbolidi. Bakı: Usaqgəncnəşr, 1964, 308 səh.
- A.AIeksin. Danışır yeddinci mərtəbə. Bakı: Usaqgəncnəş, 1965, 334 səh.
- L.Lagin. Qoca Xattabıç. Bakı: Uşaqgəncnəşr, 1965, 407 səh.
- A.S.Puşkin. Baxçasaray fantanı. Bakı: Uşaqgəncnəşr, 1967, 83 səh.
- İ.Stanyukoviç. Dəniz hekayələri. Bakı: Azərnəşr, 1969, 83 səh.
- C.London. Həyat eşqi. Bakı: Uşaqgəncnəşr, 1972, 102 səh.
- İ.S.Turgenev. Ovçunun xatirələri. Bakı: Gənclik, 1973, 87 səh.
- S.Tompson. Heyvanlar haqqında hekayələr. Bakı: Uşaqgəncnəşr, 1972, 232 səh.
- S.Smirnov. Rus gözəli. Bakı: Gənclik, 1975, 69 səh.
- K.Markov. Semelinskli qonaq. Bakı: Gənclik, 142 səh.
- V.Skott. Kventin Dorvard. Bakı: Gənclik, 1976, 550 səh.
- Homer. İliada. Bakı: Azərnəşr, 560 səh.
- İ.S.Turgenev. Rudin. Bakı: Azərnəşr, 1977, 591 səh.
- A.Zöhrabbəyov. Odlu diyar. Bakı: Yazıçı, 1978, 224 səh.
- H.Andersen. Düyməcik. Bakı: Gənclik, 1979, 18 səh.
- L.Tolstoy. Dirilmə. Bakı: Azərnəşr, 1980, 292 səh.
- I.S.Turgenev. Atalar və oğullar. Bakı: Azərnəşr, 1981, 196 səh.
- Y.Sotnik. Kuprum. Esin iksiri. Bakı: Gənclik, 1981, 200 səh.
- L.N.Nikolayev. Anqola markası. Bakı: Gənclik, 1983, 146 səh.
- L.Tolstoy. Əsərləri (12-ci cild). Bakı: Yazıçı, 1983, 224 səh.
- Mənsur şeirlər, hekayələr, roman. Bakı: Yazıçı, 1988, 437 səh.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.