Mikrodalğalar — Vikipediya
Mikrodalğalar — tezlikləri ümumi olaraq 300 – 300.000 MHz intervalında olan elektromaqnit dalğaları. Mikrodalğalar elektromaqnit dalğaları şəklində yayılırlar. Mikrodalğalar radarlarda, mikrodalğalı sobalarda, mobil telefonlarda, kabelsiz İnternet əlaqəsində, Bluetooth qulaqcıqlarda, mağazaların təhlükəsizlik sistemlərində və s. istifadə olunur. "Mikrodalğa" sözü elektromaqnit dalğasının dalğa uzunluğunun 1 metrdən qısa olduğu tezlikləri eyniləşdirir. Dalğa uzunluğunun 1 cm-dən qısa olduğu tezliklərə (30-300 GHz aralığı) "millimetrik" dalğa, 1 mm-dən qısa olduğu tezliklərə (300-3000 GHz) "submillimetrik" dalğa adı da verilir. Mikrodalğaların dalğa uzunluqları 0,01 mm-ə qədər enə bilir.
Mikrodalğalı sobalar qidaların isidilməsində istifadə olunur.
Fizika ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |