Mikrotəkamül — Vikipediya
Mikrotəkəmül — 1927-ci ildə Y.A.Filipçenko Təkamülü 2 prosesə bölməyi təklif etdi.
- Mikrotəkamül (yeni növlərin əmələ gəlməsi)
- Makrotəkamül (yeni cins, fəsilə, dəstə, şöbə, tip, aləm əmələ gəlməsi)
Təkamül - genlərdə mikrotəkamül ilə başlayır və fiziki dəyişikliklərlə, makrotəkamül ilə davam edir.Növ daxilində baş verən təkamül prosesləri mikrotəkamül adlanır. Həyat şəraitinin dəyişməsi nəticəsində mikrotəkamül divergensiya, yəni əlamətlərin ayrılması baş verir. Nəticədə əvvəl yaşamış ilkin növdən yeni növlərin əmələ gəlməsi prosesinə şərait yaranır. Mikrotəkamül növün təkamülünün ilkin mərhələsidir.
Həyat şəraitinin dəyişməsi növ populyasiyaları arasında fərqlərin meydana gəlməsinə səbəb olur. Bu isə son nəticədə növəmələgəlmə prosesinə şərait yaradır.
Qalapaqos birəbitdənlərinin növləri 2–3 milyon il bundan əvvəl adalara materikdən düşmüş ümumi əcdaddan əmələ gəlmişdir. Növlər bir-birindən dimdiklərin ölçüsünə və formasına, lələklərinin rənginə görə fərqlənir.
Müxtəlif növlərə aid olan birəbitdənlərdə yaranan bu xüsusiyyətlər yeni növlərin yaranması ilə nəticələnir.
Mikrotəkamül. Populyasiya daxilində yeni növlərin yaranması ilə nəticələnən təkamül prosesləri gedir. Həyat şəraitinin dəyişməsi nəticəsində bunlarda divergensiya, yəni əlamətlərin ayrılması baş verir. Nəticədə əvvəl yaşamış ilkin növdən yeni növlərin əmələ gəlməsi prosesinə şərait yaranır.
Təkamülün əsas hərəkət verici qüvvəsi təbbi seçmədir. Təbbi seçmə isə yaşamaq uğrunda mübarizənin nəticəsidir. Çarlz Darvinin elmə əsas xidməti bu hərəkət verici qüvvənin kəşf etməsi olub.
Növəmələgəlmə. Yeni növlərin yaranmasının iki formasını – coğrafi və ekoloji növəmələgəlməni ayırırlar.
Mikrotəkamülün ilk mexanizmini Ç.Darvin vermişdir.
Ç.Darvinə görə həyat şəraitinin dəyişməsi ilə təbii seçmənində istiqaməti dəyişir.Bu zaman valideyn formalarının əlamətlərinin ayrılması -divergensiya nəticəsində onlarda müxtəlif uyğunlaşmaların formalaşmasına səbəb olu r.Bu yeni növün əmələ gəlməsi ilə mikrotəkamüllə başa çatır. Tarixən qısa müddətdə baş verdiyi üçün insan tərəfindən müşahidə edilə bilər.
Coğrafi növəmələgəlmə
[redaktə | mənbəni redaktə et]Coğrafi növəmələgəlmə iki yolla baş verir[1]. Genetik sürüşmə nəticəsində baş verən dəyişikliklər ətraf mühit və ya uyğunlaşma təzyiqləri ilə idarə olunmur və reproduktiv uğur üçün faydalı, neytral və ya zərərli ola bilər.
Arealın genişlənməsi
[redaktə | mənbəni redaktə et]Arealın genişlənməsi zamanı populyasiyaların sayı artır və növün fərdləri areallarını genişləndirmək hesabına yeni həyat şəraitinə düşür. Nəticədə populyasiya daxilində irsi dəyişkənlik yaranmağa başlayır. Təbii seçmə ilə əlaqədar populyasiyanın gen tərkibi zaman keçdikcə dəyişir və divergensiya nəticəsində mikrotəkamül baş verir[2].
Sonralar populyasiyanın təkamülü yeni növlərin yaranması ilə nəticələnə bilir[3].
Məsələn: Uraldan Baykala qədər ərazidə arealını genişləndirmiş Sibir qaraşamının yeni şəraitə düşməsi populyasiya fərdlərində irsi dəyişkənliklərin (mutasiyaların) meydana gəlməsinə səbəb olmuş və çarpazlaşma nəticəsində yeni gen kombinasiyaları yaranmışdır. Bu, Daur qaraşamı növünün yaranması ilə nəticələnmişdir.
Arealın hissələrə parçalanması
[redaktə | mənbəni redaktə et]Arealın hissələrə parçalanması. Bəzən bir növün arealı müxtəlif amillərin təsiri ilə hissələrə parçalanır. Məsələn:Meşə inciçiçəyində areal əvvəl tam olmuş və sonradan buzlaqlar nəticəsində hissələrə parçalanaraq yeni cavan növlərin yaranmasına səbəb olmuşdur[4].
Ekoloji növəmələgəlmə
[redaktə | mənbəni redaktə et]Ekoloji növəmələgəlmə zamanı növün populyasiyaları öz arealında qalır.Bu proses areal daxilində həyat şəraitinin dəyişməsi yolu ilə bioloji təcrid nəticəsində baş verir və populyasiyaların gen tərkibi dəyişir. Çox sürətli baş verən ekoloji növ əmələgəlmə bəzi bitkilərdə poliplodiya (xromosom sayının artması) (tütün, kartof, payızgülü xrizentema) ilə müşahidə olunur.Ekoloji növ əmələgəlmədə coğrafi növəmələgəlməyə nisbətən yeni növ forması daha tez yaranır.
Məsələn; qidaya ixtisaslaşma ilə əlaqədar arıquşunun beş növü yaranmışdır. İri arıquşu, qara arıquşu və abıca kiçik həşəratlarla, kəkilli arıquşu isə iynəyarpaqlı ağacların toxumları ilə qidalanır.
Aydın olduğu kimi növəmələgəlmə prosesi demək olar ki təcridlər nəticəsində baş verir.
Coğrafi növəmələgəlmə-Coğrafi təcrid
Ekoloji növəmələgəlmə-Biloloji təcrid ilə əlaqədardır[5].
Mikrotəkamülün baş vermə mexanizmi
Növəmələgəlmə prosesləri müasir dövrdə də davam edir. Mikrotəkamülün müxtəlif vaxtlarında növəmələgəlmənin bir yolu digərini əvəz edə və ya birgə fəaliyyət göstərə bilir. Yeni növün əmələ gəlməsi ilə mikrotəkamül başa çatır.
Yeni növlərin əmələ gəlmə sxemi
[redaktə | mənbəni redaktə et]Populyasiya ⇒ Mutasiya ⇒ Təcrid ⇒ Divergensiya⇒ Yarımnövlərin əmələ gəlməsi ⇒ Cinsi təcrid ⇒ Növ.
Təkamülün bir-birilə bağlı 3 əsas nəticəsi:
- Canlı orqanizimlərin quruluşunun tədricən mürəkkəbləşməsi
- Orqanizimlərin dəyişən xarici mühit şəratinə nisbi uyğunlaşması
- Növlərin çoxşəkilliyi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Avers, Charlotte. "Process and Pattern in Evolution". Oxford University Press. 1989.
- ↑ Siepel A. "Darwinian alchemy: Human genes from noncoding DNA". Genome Res. 19 (10). October 2009: 1693–5. doi:10.1101/gr.098376.109. PMC 2765273. PMID 19797681.
- ↑ Siepel A. "Darwinian alchemy: Human genes from noncoding DNA". Genome Res. 19 (10). October 2009: 1693–5. doi:10.1101/gr.098376.109. PMC 2765273. PMID 19797681.
- ↑ Bertram J. "The molecular biology of cancer". Mol. Aspects Med. 21 (6). 2000: 167–223. doi:10.1016/S0098-2997(00)00007-8. PMID 11173079.
- ↑ Hahn, M.W. "Toward a selection theory of molecular evolution". Evolution. 62 (2). 2008: 255–265. doi:10.1111/j.1558-5646.2007.00308.x. PMID 18302709.