Min bir gecə — Vikipediya
Min bir gecə | |
---|---|
ərəb. bakainé des iles tropicales | |
Müəllif | bilinmir |
Orijinalın dili | ərəb dili[1] |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Min bir gecə (fars. هزار و يك شب hezār o yek šab; ərəb. كتاب ألف ليلة وليلة kitāb 'alf layla wa layla) — Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu.
Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800–900-cü illərinə aid olduğu söylənilir. Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir.
Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatır. Ağıllı Şəhrizadə şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir. Beləliklə, hər gecə şaha bir yeni nağıl söyləyən Şəhrizadə hər nağılı belecə tamamlamamış halda bitirir və hər yarımçıq nağılı ilə həyatını xilas edir. Əhvalat bu minvalla düz 1001 gecə davam edir və yekunda Şəhrizad şahın qəzəbindən həmişəlik qurtula bilir.
Şərq xalqlarının "Min bir gecə" nağıllarındakı müdrikliyi və fantaziyaları, süjetlərin, simvolların, alleqoriyaların rəngarəng müəmmalı olması musiqiçiləri dəfələrlə müxtəlif janr və formalı əsərlər yaratmağa sövq etmişdir. Etik və estetik təsir gücünə malik dolğun və incə poetik obrazları ilə müxtəlif yaşlı oxucuları sehrli aləmilə ovsunlayan Şəhrizadın nağılları dünya sərvətinə çevrilmişdir.
"Min bir gecə" nağıllarında ilham alan azərbaycanın görkəmli bəstəkarlarından Fikrət Əmirov dünyada şöhrət qazanmış eyni adlı baletin müəllifidir. Balet ilk dəfə 1979-cu ildə M. F. Axundov adına Opera və Balet Teatrında göstərilmişdir.
Fikrət Əmirov "Min bir gecə" nağıllarının mövzusuna elə bir zamanda müraciət etmişdir ki, artıq dünya dinləyiciləri Rimski-Korsakovun "Şəhrizadə"si kimi dahiyanə simfonik süitası ilə tanış idilər. Tanınmış musiqişünas Pavel Xuçuanın sözləri ilə desək, bu süjetə müraciət etmək istəyən bəstəkardan "böyük yaradıcılıq cəsarəti, yüksək peşəkarlıq, ustalıq və zəngin Şərq musiqisinin incə təbii hisslərinə malik olmaq tələb edilirdi".
Mənbə
[redaktə | mənbəni redaktə et]Min bir gecə, 8 cilddə. /rus dilindən tərc. ed. İ. Yaqubov; red. M. Qasımlı; rəsmlərin müəl. O. Sadıqzadə.- Bakı: Şərq-Qərb, 2007.:
- I cild (1–38-ci gecələr)
- II cild (39–145-ci gecələr)
- III cild (146–270-ci gecələr)
- IV cild (271–434-cü gecələr)
- V cild (435–606-cı gecələr)
- VI cild (607–756-cı gecələr)
- VII cild (757–894-cü gecələr)
- VIII cild (895–1001-ci gecələr).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.