Mir Hüseyn xan — Vikipediya
Bu məqalə qaralama halındadır. |
Mir Hüseyn Xan | |
---|---|
Mir Hüseyn Xan Talışi | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Lənkəran, Lənkəran qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası |
Atası | Mir Mustafa xan |
Dini | Şiə İslam |
| |
Təltifləri | poruçik (1834) |
Mir Hüseyn Xan Talışinski — poruçik.[1] Mir Mustafa xanın 3-cü oğlu Mir Hüseyn Xandır. Atası Mir Mustafa Xanın əmlak bölgüsündə Astaranın bir kəndi, Lənkəranın bir necə kəndi və Miyonku kəndi ona çatmışdı. Qardaşı Mir Həsən Xanın silahdaşı olduğu üçün təqiblərdən 1826-cı ildə İrana keçmiş və eyni ilə böyük qardaşı Mir Məmməd Xanın əmlakı kimi, onun da əmlakı ruslar tərəfindən müsadirə edildi. 1829-cu ildə vətəni Talışa qayıtdı və 1833-cü ilin sentyabrın 7-də onun da əmlakı ona qaytarıldı. 1834-cü ildə ona ruslar tərfindən Poruççik rütbəsi verilir. Mir Hüseyn Xanın 4 həyat yoldaşı olur. Həyat yoldaşlarından birincisinin adı məlum deyil, ikincisi Bababəyim xanım (1801-?), üçüncüsü Xanımqız xanım (1811-?), dördüncüsü isə Ceyran Nisə xanımdır (1811-?). Birinci yoldaşından 4 övladı olmuşdur: Mir Həşim Xan (1810-?), Cəfərqulu Xan (1821-?) Mələk xanım (1816-?) və Saray xanim (1813-?).
İkinci yoldaşı Bababəyim xanımdan da dörd övladı olmuşdur: Mir Əbülfət Xan (1823-1877), Şərəf xanım (1824-?), Mehralı Xan (1825-?) və Mir Əli Xan (1826-?).
3-cü həyat yoldaşı Xanımqız xanımdan isə iki övladı olmuşdur: Mir Səfər Xan (1831-1858) və Maral xanım (1833-?).
Ceyran Nisə xanımdan da dörd övladı olmuşdur: Məmmədqulu Xan (1835-?), Tutu xanım (1836-1916), Qurbanəli Xan (1838-?) və Mir Əsgər Xan (1841-1920). Mir Hüseyn xan 1848-ci ildə Lənkəranda vəfat edir.[2]