Mirkazım Kazımov — Vikipediya

Mirkazım Kazımov
2000 – 2019
Seçki dairəsi2000 — 97 saylı Cəlilabad qəsəbə
2005, 2010, 2015 — 68 saylı Cəlilabad qəsəbə
Əvvəlkivəzifə təsis edildi. (97 saylı)
vəzifə təsis edildi. (68 saylı)
Sonrakıvəzifə ləğv edildi. (97 saylı)
Elman Nəsirov (68 saylı)
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1950(1950-10-10)
Doğum yeri
Vəfat tarixi 17 iyun 2024(2024-06-17) (73 yaşında)
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Mirkazım Kazımov (10 oktyabr 1950, Astraxanbazar rayonu17 iyun 2024) — Azərbaycan Respublikasının Milli Məclisi II, III, IVV çağırış deputatı, "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri.

1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun balıqçılıq təsərrüfatı fakültəsini bitirmişdir. 1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən "Cənubxəzərbalıqdəniz" İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləmişdir.

1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur.

Mirkazım Kazımov uzun sürən xəstəlik nəticəsində 17 iyun 2024-cü il tarixində ölmüşdür. O, Cəlilabad rayonu Hasıllı kəndində dəfn olunmuşdur.[1]

Evli idi, 2 övladı var

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1994-cü ildən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.[2]

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub

  1. modern.az. "Milli Məclisin keçmiş deputatı vəfat etdi". modern.az (az.). 2024-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.
  2. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-06-29 at the Wayback Machine (az.)