Molass — Vikipediya
Molass[1] və ya molas (fr. molasse) — Fransa Alplarında nisbətən kövrək, incədənəli karbonatlı qumdaşları belə adlandırılmışdır. Klassik molaslar vətəni İsveçrədə stratiqrafik kəsilişin əsasında dəniz mənşəli oliqosen yaşlı mergel, qumdaşı və konqlomeratlar yatır (alt molaslar); onların üstündə şirinsu hövzəsində əmələ gəlmiş alt molaslar (boz rəngli mövsümi təbəqəli, bitki qalıqları olan nazik gilli qumdaşıları); daha sonra dəniz molaslar (molluskalı qumdaşıları) və üst şirinsu molaslar yatır. Son üç qat miosenə aid edilir. Alp dağlarına yaxınlaşdığca mergel və qumdaşları konqlomeratlarla əvəz olunur. Molaslar qalınlığı 2,5-3,0 km-ə çatır. Kəsilişin lap üst hissəsi qalın kontinental konqlomeratlardan təşkil olunmuşdur. Avstriyada molass qatlarının ümumi ardıcıllığı İsveçrədə olduğu kimidir. Lakin, alt vindabonun şlir adlanan alt hissəsi böyük qalınlıqlı mikalı mavi dərin su mergellərindən ibarətdir. Molaslar əksər hallarda dağönü, dağarası və kənar çökəklərdə əmələ gəlir. Tipik molaslar venddən məlumdur.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Моласс // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 24.
- ↑ Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.