Molusella — Vikipediya
Molusella | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Molusella | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Molusella (lat. Moluccella) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Yabanı halda molusella Azərbaycanda Kür-Araz, Mil-Muğan düzlərində yayılmışdır. Bu cinsə bir növ daxildir — hamar molusella (M.laevis). Bitkinin hündürlüyü 70 sm-ə qədər olub, böyük kasa yarpaqları borucuqlara birləşib. Onlar molusellaya gözəllik verir. Borucuqlarda gizlənən xırda ağ çiçəklər gözə çarpmır. Moluselladan quru kompozisiyalar yaratmaq üçün istifadə edirlər. Bunun üçün bitkiləri vaxtında qayçı ilə kəsirlər. Kəsilmiş bitkiləri dəstə bağlayaraq sərin və qaranlıq yerdə qurudurlar. Molusella yarımkölgədə yaxşı bitir. Bitkinin toxumlarını torpağa 45x45 sm sxemi üzrə əkməklə çoxaldırlar. Moluselladan çəpərlərin salınmasında, eyvanların bəzədilməsində istifadə olunur.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Heterotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Chartocalyx Regel
- Chasmonia C.Presl
- Harmsiella Briq.
- Molucca Mill.
- Sulaimania Hedge & Rech.f.
Növləri
[redaktə | mənbəni redaktə et]- Moluccella aucheri (Boiss.) Scheen
- Moluccella bucharica (B.Fedtsch.) Ryding
- Moluccella fedtschenkoana (Kudr.) Ryding
- Moluccella laevis L.
- Moluccella olgae (Regel) Ryding
- Moluccella otostegioides Prain
- Moluccella sogdiana (Kudr.) Ryding
- Moluccella spinosa L.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 255. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 587.