Moxoroviçiç sərhədi — Vikipediya
Moxo (Moxoroviçiç) səthi — materiklərdə və okeanlarda Yer qabığı ilə mantiya arasında yerləşən xüsusi qatdır. Bu səthdə seysmik dalğalarrın sürəti sıçrayışla 6,4-dən 8 km/san-dək artır.[1]
Kəşf olunma tarixi
[redaktə | mənbəni redaktə et]1909-cu ildə Balkan yarımadasında Zaqreb şəhəri yaxınlığında güclü zəlzələ baş verdi.Xorvat geofiziki Andriya Moxoroviçiç bu hadisə baş verən anda yazılmış seysmoqramı öyrənərkən təyin edir ki, təqribən 30 km dərinlikdə seysmik dalğaların sürəti əhəmiyyətli dərəcədə artır. Sonra başqa seysmoloqlar da təsdiq etdilər ki, buna bənzər hadisələr hər yerdə 30 km-ə yaxın dərinliklərdə baş verir.
Dərinliyi
[redaktə | mənbəni redaktə et]Moxo səthinin dərinliyi Yer kürəsində fərqli fərqli ölçüyə malikdir.Okeanlarda onun dərinliyi daha az,materiklərdə isə daha dərindir. Orta hesabla litosferin səthindən 5 km-dən 75 km-ə qədər dərinlikdə yerləşir.[2]
Adlandırılması
[redaktə | mənbəni redaktə et]Bu səthi ifadə etmək üçün xüsusi termin-Moxoroviçiç səthi(bəzən bunu sərhəd və ya sədd adlandırırlar)termini qəbul edildi.Slavyan soyadı çətin tələffüz edildiyindən bəzi alimlər onu əksər hallarda Moxo səthi və hətta M səthi kimi işlədirlər.[3]