Muğam (balet) — Vikipediya
Muğam | |
---|---|
Tipi | Klassik |
Bəstəkar | Nazim Əliverdibəyov |
Librettist | Mirzə Şəfi Vazeh |
Xoreoqraf | Rəfiqə Axundova, Maqsud Məmmədov |
Premyera | |
Rəssam | Tahir Tahirov |
"Muğam" — Nazim Əliverdibəyovun Mirzə Şəfi Vazehin şeirləri əsasında 1972-ci ildə yazdığı birpərdəli balet, xoreoqrafik miniatür [1]. Xoreoqrafları Rəfiqə Axundova və Maqsud Məmmədov, quruluşçu rəssam Tahir Tahirov idi. Baş rollarda Tamilla Şirəliyeva və Vladimir Pletnyov oynayırdılar. Şeirləri Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Vera Şirye oxuyurdu. Bu balet böyük uğurla Moskvada Çaykovski adına Konsert zalında baletmeysterlər və balet artistlərinin III Ümumittifaq yarışması zamanı nümayiş etdirilmişdi [2] [3]. Sonralar başqa ölkələrdə də göstərilmişdi.
Məzmun
[redaktə | mənbəni redaktə et]Baletin özəlliyi istifadə olunan musiqi alətlərdən (orqan, arfa, zərb alətləri), xanəndə və şeir oxuyanın olmasıdır. [4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan balet tamaşaları xronologiyası". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.
- ↑ "Энциклопедия балета - Мугам". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.
- ↑ "Искусствовед-хореограф Афаг Гусейнова. Магистр хореографического искусства". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.
- ↑ "Имруз Эфендиева, профессор. Мугам и композиторское творчество. Журнал "İRS". - 2006. - N2/3. - С. 44-45". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.