Muğanlı (Ağstafa) — Vikipediya
Kənd | |
Muğanlı | |
---|---|
41°20′41″ şm. e. 45°11′49″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağstafa rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 256 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0525[1] |
Muğanlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Muğanlı kənd inzibati ərazi dairəsində kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər.
Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.[3]
Şəxslər
[redaktə | mənbəni redaktə et]- Aqil Bağırov — Vətən müharibəsi şəhidi
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh.119.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ağstafa
- Bələdiyyələrin siyahısı Arxivləşdirilib 2007-01-27 at the Wayback Machine
Ağstafa rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |