Musiqili xaş (film, 1984) — Vikipediya
Musiqili xaş | |
---|---|
Fayl:Musiqili xaş (film, 1984).jpg | |
Janr | komediya filmi |
Rejissor | |
Ssenari müəllifi | |
Baş rollarda | Hacı İsmayılov Larisa Xələfova Səməndər Rzayev Yaşar Nuri (Yaşar Nuriyev kimi) — tərcüməçi Şükufə Yusupova — qadın |
Operator | |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçı | Azərbaycanfilm |
İlk baxış tarixi | 1984 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 20,5 dəq. |
Ölkələr | |
Texniki məlumatlar | 2 hissə 560 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
[redaktə | mənbəni redaktə et]Xaş milli xörəkdir. Adəti üzrə və ənənəyə görə xaşı səhər saat 4-dən 5-dək yeyirlər. Filmdə deyilir ki, həyatın ağrı-acılarından və işləməkdən yorulmuş adamlar gecə ilə səhər arasında iki saat ərzində, xaş yeyən vaxtı ömürlərini daha maraqlı yaşayırlar, nəinki qalan vaxtlarda. Sonra adama şirin yuxu gəlir, bütün şəhər, bütün respublika yatır, yuxudan ayılanları gündəlik adi həyat öz ağuşuna alır.
Film haqqında
[redaktə | mənbəni redaktə et]Film operator Amin Novruzovun kinoda quruluşçu operator kimi ilk işidir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Quruluşçu rejissor: Vaqif Mustafayev
- Ssenari müəllifi: Vaqif Mustafayev
- Quruluşçu operator: Amin Novruzov
- Quruluşçu rəssam: Rafiq Nəsirov
- Səs operatoru: Əsəd Əsədov
Rollarda
[redaktə | mənbəni redaktə et]- Hacı İsmayılov
- Larisa Xələfova
- Səməndər Rzayev
- Yaşar Nuri (Yaşar Nuriyev kimi) — tərcüməçi
- Şükufə Yusupova — qadın
- Ələsgər Məmmədoğlu
- Eldəniz Zeynalov
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.