Muxtar Səqəfi — Vikipediya
Muxtar Səqəfi | |
---|---|
ərəb. المختار الثقفي | |
Doğum tarixi | təq. 622 |
Doğum yeri | |
Vəfat tarixi | 3 aprel 687 |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi lider[d], vali[d], inqilabçı |
Vikianbarda əlaqəli mediafayllar |
Muxtar ibn Əbu Übeyd Səqəfi (təq. 622, Taif, Hicaz – 3 aprel 687, Kufə, İraq) — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı.[1]
Haqqında nəql olunan kəlamlar
[redaktə | mənbəni redaktə et]
Muxtar ibni Əbi Übeydə. Səqif qəbiləsindəndir, künyəsi Əbu İshaq, ləqəbi Keysandır. (Keysan huşyar və ayıq şəxs mənasınadır.)[2][3]
Əli (əleyhis-salam)-ın köməkçilərindən olan Əsbəğ ibni Nubatə deyir: "Keys (Keysan) ləqəbini Əli (əleyhis-salam) Muxtara vermişdir."[4][5]
O, ədəb-ərkanı və əxlaqi fəzilətləri Əhli-beyt (əleyhimus-salam) məktəbindən öyrənmişdi. Cavanlığının əvvəllərində öz atası və əmisi ilə birlikdə (Əli (əleyhis-salam)-ın qoşununda) İran ordusu ilə müharibə aparmaq üçün İraqa gəlmişdi. O həzrətin şəhadətindən azacıq qabaq Bəsrəyə gəlmiş və orada məskunlaşmışdı.[6][7]
"Muxtar Əhli-beytin fəzilətlərini bəyan edir, imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın əxlaqi səciyyə və fəzilətlərini camaat arasında yayır və inanırdı ki, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra imamət və hakimiyyət üçün hamıdan irəli və ləyaqətlidir. Habelə, Peyğəmbər Əhli-beytinə baş verən çətinliklərdən narahatlıq hissi keçirirdi".[8] [9] [10]
İmam Sadiq (əleyhis-salam) buyurur: "Muxtar imam Hüseyn (əleyhis-salam)-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərdikdən sonra Haşimi qadınları başlarını darayıb, həna qoymağa başladılar."[11][12][13]
"Muxtara nalayıq sözlər deməyin, çünki o bizim qatillərimizi öldürüb intiqamımızı aldı, çətin şəraitlərdə müəyyən miqdarda mal-dövləti bizim aramızda bölüşdürdü, dul qadınlarımızın (iqtisadi) vəziyyətini sahmana saldı."[14][15]
Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: "Allah Muxtara xeyir əvəzi versin!"[16]
Muxtar Səqəfi Aşura qiyamdan əvvəl imam Hüseyn (əleyhis-salam)-ın Kufədəki səfiri Müslim ibni Əqili himayə etdiyinə görə (Müslimin şəhadətindən sonra) İbni Ziyadın göstərişi ilə həbs olundu və Kərbəla qiyamının axırına qədər Kufədə zindanda qaldı.[17][18][19][20]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Əllamə Məhəmməd Baqir Məclisi, "Biharul Ənvar", "Vəfa" müəssisəsi, Beyrut, Hicri Qəməri təqvimi, 1404.
- Kəşşi, "Ər Rical", Tehran, Hicri Şəmsi təqvimi, 1348.
- Əbul-Qasim Xoyi, "Möcəmur Rical", Qum, Hicri Qəməri təqvimi, 1410.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Hawting. The History of Al-Tabari, vol. xx, 1989, p. 182
- ↑ Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 345
- ↑ Məhəmməd ibni Yəqub Firuzabadi, "Qamusul Mühit", 1-ci cild, səh. 257, Beyrut, "Daru ehyait-turasil-ərəbi", 1991
- ↑ Kəşşi, "Ər Rical", səh. 127
- ↑ Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 344
- ↑ Əbdür-Rəzzaq Muqərrəm Musəvi, "Məqtəlul-Huseyn (əleyhis-salam)", "Darus-siqafə", 2-ci çap, Hicri Qəməri təqvimi, 1411-ci il
- ↑ Xeyruddin Zərkəli, "Əl Ə`lam", 8-ci cild, səh. 70, 1-ci çap, Beyrut, "Darul-elm lil-məllain"
- ↑ Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 352
- ↑ بحارالانوار، ج 45، ص 386
- ↑ رجال کشی، ص 197
- ↑ Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 386
- ↑ Kəşşi, "Rical", səh. 127
- ↑ səhih
- Xoi, "Möcəmur Rical", 18-ci cild, səh. 94
- ↑ Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 343
- ↑ Kəşşi, "Rical", səh. 125
- ↑ Kəşşi, "Rical", səh. 127
- ↑ Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 353
- ↑ Əli Kərəmi, "Dər Sugi Əmiri Azadi – Guyatərin Tarixi Kərbəla", səh. 398, "Haziq" nəşriyyatı, Qum, birinci çap, Hicri Şəmsi təqvimi, 1380
- ↑ Əhməd ibni Əli ibni Həcər Əsqəlani, "Əl-isabə fi təmyizis-səhabə", Adil Əhməd Əbdül-Mövcud və Əli Məhəmməd Müəvvəzin tədqiqatı ilə, 6-cı cild, səh. 250, Beyrut, "Darul kutubil elmiyyə", 1-ci çap, Hicri Qəməri təqvimi, 1415
- ↑ Əbu Cəfər Məhəmməd ibni Cərir Təbəri, "Tarixi Təbəri", Məhəmməd Əbul-Fəzl İbrahimin tədqiqi ilə, 5-ci cild, səh. 571, "Darut turas", Beyrut, 2-ci çap, Hicri Qəməri təqvimi, 1387
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Muxtar qiyamı (ingiliscə) Arxivləşdirilib 2010-06-16 at the Wayback Machine
- "Muxtar Səqəfi qəlbən Əbu Bəkrə və Ömərə məhəbbət bəsləyirdimi? Nə üçün Kərbəlada imam Hüseyn (əleyhis-salam)-ı müdafiə etməmişdi? - Cavablar xəzinəsi". Islam Quest (az.). İstifadə tarixi: 2024-08-10.