Nənə Xatun — Vikipediya
Nənə Xatun | |
---|---|
türk. Nene Hatun | |
Doğum tarixi | |
Doğum yeri | Türkiyə, Ərzurum |
Vəfat tarixi | |
Vəfat yeri | Türkiyə, Ərzurum |
Dəfn yeri | Əziziyə qarnizonu |
Fəaliyyəti | hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Nənə Xatun (1857, Ərzurum – 22 may 1955, Ərzurum) — qəhrəman türk qadını. 1955-ci ildə BMT tərəfindən ilin anası seçilmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nənə Xatun 1857-ci ildə Ərzurumda anadan olub. 1877-ci il noyabrın 8-dən 9-na keçən gecə, Osmanlı vətəndaşı olan erməni silahlı dəstələri Ərzurumun Əziziyə hərbi qarnizonundakı türk əsgərlərini yuxudaykən hamısını qılıncdan keçirirlər. Nəticədə səhər hücuma keçən rus əsgərləri heç bir çətinliklə qarşılaşmadan qarnizonu tuturlar. Bu xəbəri eşidən ərzurumlular silahı olan silahını, silahı olmayan isə balta, bel, yaba ilə silahlanıb qarnizona doğru hərəkət etdilər. Onların arasında Nənə Xatun da var idi.
Qarnizonu ələ keçirən rus əsgərləri, gələnlərə atəş açır. Atəşə məhəl qoymayan caamat dəmir qapını sındırır və əlbəyaxa vuruş başlayır. Rus ordusu, baltalı-yabalı xalq qarşısında ancaq yarım saat tab gətirə bilir və 2300-ə yaxın itki verən rus və ermənilər qarnizondan qaçır.[1]
1955-ci ildə ilin anası seçilən Nənə xatun 98 il ömür sürdü. Ölümündən bir il əvvəl Nənə Xatun, ziyarətinə gələn NATO-da vəzfəli amerikalı bir əsgərin sualına belə cavab verdi "Mən o zaman lazım olanı etdim. Bugün də lazım olsa heç düşünmədən eyni hərəkəti edərdim." Nənə xatun qurtuluş mücadiləsi verdiyi Əziziyə qarnizonunda dəfn edildi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Nene Hatun". 2012-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.